ASA E-Arxiv

Dərsdənkənar idman məşğələlərinin səmərəli təşkilinin tədqiqi.

Show simple item record

dc.contributor.author Eyvazzadə, Mənsur
dc.date.accessioned 2023-12-21T07:57:33Z
dc.date.available 2023-12-21T07:57:33Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/95
dc.description Mündəricat -- Giriş -- I Fəsil.Dərsdənkənar idman məşğələləri haqqında ümumi məlumat -- II Fəsil. Dəesdənkənar idman məşğələlərinin təcrübədə yoxlanılması -- Nəticə -- Təklif -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Tədqiqatın aktuallığı. Cəmiyyətin hazırkı mərhələsində gənc nəslin inkişafı üçün ölkəmizin tarixində ən əlverişli obyektiv şərait yaradılmışdır. Belə ki, indi ölkəmizdə iqtisadi, sosial-siyasi, ideoloji vəzifələr müvəffəqiyyətlə həyata keçirilir, xalqın mədəni səviyyəsi, maddi rifah halı yüksəlir, uşaq və gənclərin inkişafına təsir göstərən ailənin imkan və şəraiti genişlənir. Belə bir şəraitdə bədən tərbiyəsi və idman, fiziki vasitələr insanların sağlamlıq keşiyində durmağı, onları zərərli vərdişlərdən uzaqlaşdırmağı, fiziki inkişaf etdirməyi və s. aktual məsələlərdən biri olub araşdırılmasına ehtiyac duyulur. Tədqiqatın problemi. Məlum olduğu kimi ümumtəhsil məktəblərində fiziki tərbiyənin əsas forması fiziki tərbiyə dərsləri hesab olunur. Lakin təcrübələr göstərir ki, proqram üzrə həftədə iki saat keçirilən fiziki tərbiyə dərsləri müasir dövrün tələblərinə cavab vermir. Aparılan pedaqoji müşahidələr zamanı müəyyən olunub ki, dərsdənkənar idman məşğələlərinin səmərəli təşkili və keçirilməsində problemlər var. Elmi-texniki tərəqqi nəticəsində yeniyetmə və gənclərin hərəkət fəallığı xeyli azalmışdır. Məktəblilərin böyük bir hissəsi fiziki tərbiyə üzrə proqram normativlərini yerinə yetirə bilmirlər. Aparılan çoxsaylı tədqiqatların nəticələri göstərir ki, bu problemin aradan qaldırılması üçün dərsdənkənar idman məşğələlərini təkmilləşdirmək üçün bu sahədə müvafik islahatlar aparılmalıdır. Bu problemi aradan qaldırmaq üçün dərsdənkənar idman məşğələlərinin təşkili və keçirilməsinə idman növləri üzrə ixtisaslı mütəxəssisləri dəvət etməklə həll etmək olar. Bu vəziyyəti və şəraiti nəzərə alaraq dərsdənkənar idman məşğələlərinin təkmilləşdirilməsi ən vacib məsələlərdən biridir. Dərsdənkənar məşğələlərə ixtisaslaşdırılmış məşqçilər dəvət olunmur. Müəllimlər məşqçilərlə əlaqəni saxlamırlar. Bəzi məktəblərdə idman zalları, idman qurğuları, alətləri yoxdur və ya azlıq təşkil edir. Məktəblərdə elə ixtisaslı məşqçi müəllimlər vardır ki, ixtisasına uyğun şərait olmadığından dərsdənkənar idman məşğələlərini təşkil edə bilmirlər. Buna görə də, dərsdənkənar məşğələlər zəif keçirilir, məşğələləri müəllimlər özləri keçir. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject İdman məşğələləri en_US
dc.title Dərsdənkənar idman məşğələlərinin səmərəli təşkilinin tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account