ASA E-Arxiv

Fiziki tərbiyə dərslərində hərəki qabiliyyətləri inkişaf etdirən ümuminkişaf və xüsusi hərəkətlərin tədbiqinin tədqiqi (VII-VIII siniflərdə)

Show simple item record

dc.contributor.author Eyvazlı, Günel
dc.date.accessioned 2023-12-20T06:28:08Z
dc.date.available 2023-12-20T06:28:08Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/88
dc.description Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyat xülasəsi -- II Fəsil. Tədqiqatın təşkili, metodları və vəzifələri -- III Fəsil. Tədqiqatın nəticələri.Nəticələrin müzakirəsi -- Nəticə və təkliflər -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığı. Fiziki tərbiyə şagirdlərin bioloji, psixoloji və sosial mahiyyətinə təsir edən çox xüsusi bir akademik intizamdır. Ümumtəhsil məktəbinin bütün fənlərin heç biri gündəlik, əmək və müdafiə fəaliyyətlərində fiziki tərbiyə dərslərində olduğu qədər zəruri olan bilik, bacarıq və vərdişləri təmin etmir. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən əlamətdar hadisə ardıcıl və məqsədyönlü islahatların başlanması olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında ciddi irəliləyişlərin əsası qoyulmuş, cəmiyyətdə gələcək inkişafı şərtləndirən yaradıcı fəaliyyət meyillərinin bərqərar olmasına real zəmin yaranmışdır. Tədqiqatın problemi. Ümumi orta təhsil mərhələsində hal-hazır ki vaxtda hərəki qabiliyyətlərin inkişafı böyük diqqətə malikdir. Dərsin hazırlayıcı hissəsində ümuminkişaf və xüsusi hərəkətlərin məqsədyönlü tətbiqi tədris ilinin sonunda şagirdlərin fiziki hazırlığını və müəllim fəaliyyətinin səviyyəsini müəyyən edir. Tədqiqatın obyekti. Ümumi orta təhsil mərhələsində şagirdlər, ümuminkişaf və xüsusi hazırlayıcı hərəkətlər. Tədqiqatın predmeti. Hərəki qabiliyyətlər. Tədqiqatın məqsədi. Hərəki qabiliyyətlərin dərsin hazırlayıcı hissəsində məqsədyönlü inkişafından ibarətdir. Tədqiqatın vəzifələri: 1. Elmi-metodik ədəbiyyatların təhlili və bu istiqamətdəki lazımi məlumatların əldə edilməsi. 2. Məktəblilərdə fiziki tərbiyə dərslərinə marağın formalaşmasının stimullaşdırıcı amillərini aşkar etmək. 3. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq xüsusi hazırlayıcı hərəkətlərin seçilməsi. 4. Ümuminkişaf hərəkətləri və xüsusi hazırlayıcı hərəkətlərin rolunun yoxlanılması. 5. Şagirdlərin fiziki tərbiyəyə marağın formalaşmasında fiziki hazırlığın inteqral qiymətləndirilməsi və profillərinin tətbiqinin səmərəliliyinin yoxlanılması. Tədqiqatın fərziyyəsi. Fərz olunur ki, dərsin hazırlayıcı hissəsində ümuminkişaf hərəkətlərin və xüsusi hazırlayıcı hərəkətlərin tətbiqi şagirdlərin fiziki imkanlarını artıracaq. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Fiziki tərbiyə en_US
dc.subject Ümuminkişaf hərəkətləri en_US
dc.title Fiziki tərbiyə dərslərində hərəki qabiliyyətləri inkişaf etdirən ümuminkişaf və xüsusi hərəkətlərin tədbiqinin tədqiqi (VII-VIII siniflərdə) en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account