Abstract:
Mövzunun aktuallığı. Fiziki tərbiyə şagirdlərin bioloji, psixoloji və sosial mahiyyətinə təsir edən çox xüsusi bir akademik intizamdır. Ümumtəhsil məktəbinin bütün fənlərin heç biri gündəlik, əmək və müdafiə fəaliyyətlərində fiziki tərbiyə dərslərində olduğu qədər zəruri olan bilik, bacarıq və vərdişləri təmin etmir.
Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra təhsil sahəsində ən əlamətdar hadisə ardıcıl və məqsədyönlü islahatların başlanması olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında ciddi irəliləyişlərin əsası qoyulmuş, cəmiyyətdə gələcək inkişafı şərtləndirən yaradıcı fəaliyyət meyillərinin bərqərar olmasına real zəmin yaranmışdır.
Tədqiqatın problemi. Ümumi orta təhsil mərhələsində hal-hazır ki vaxtda hərəki qabiliyyətlərin inkişafı böyük diqqətə malikdir. Dərsin hazırlayıcı hissəsində ümuminkişaf və xüsusi hərəkətlərin məqsədyönlü tətbiqi tədris ilinin sonunda şagirdlərin fiziki hazırlığını və müəllim fəaliyyətinin səviyyəsini müəyyən edir.
Tədqiqatın obyekti. Ümumi orta təhsil mərhələsində şagirdlər, ümuminkişaf və xüsusi hazırlayıcı hərəkətlər.
Tədqiqatın predmeti. Hərəki qabiliyyətlər.
Tədqiqatın məqsədi. Hərəki qabiliyyətlərin dərsin hazırlayıcı hissəsində məqsədyönlü inkişafından ibarətdir.
Tədqiqatın vəzifələri:
1. Elmi-metodik ədəbiyyatların təhlili və bu istiqamətdəki lazımi məlumatların əldə edilməsi.
2. Məktəblilərdə fiziki tərbiyə dərslərinə marağın formalaşmasının stimullaşdırıcı amillərini aşkar etmək.
3. Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq xüsusi hazırlayıcı hərəkətlərin seçilməsi.
4. Ümuminkişaf hərəkətləri və xüsusi hazırlayıcı hərəkətlərin rolunun yoxlanılması.
5. Şagirdlərin fiziki tərbiyəyə marağın formalaşmasında fiziki hazırlığın inteqral qiymətləndirilməsi və profillərinin tətbiqinin səmərəliliyinin yoxlanılması.
Tədqiqatın fərziyyəsi. Fərz olunur ki, dərsin hazırlayıcı hissəsində ümuminkişaf hərəkətlərin və xüsusi hazırlayıcı hərəkətlərin tətbiqi şagirdlərin fiziki imkanlarını artıracaq.
Description:
Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyat xülasəsi -- II Fəsil. Tədqiqatın təşkili, metodları və vəzifələri -- III Fəsil. Tədqiqatın nəticələri.Nəticələrin müzakirəsi -- Nəticə və təkliflər -- İstifadə edilmiş ədəbiyyat.