ASA E-Arxiv

Yeniyetmə və gənc karateçilərdə illik məşqin hazırlıq mərhələsində fiziki yükə adaptasiyanın fizioloji xüsusiyyətlərinin tədqiqi

Show simple item record

dc.contributor.author Cəfərov, Elbrus
dc.date.accessioned 2023-12-15T11:36:35Z
dc.date.available 2023-12-15T11:36:35Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/80
dc.description Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyatların xülasəsi. Orqanizmin fiziki yüklərə adaptasiyanın fizioloji xüsusiyyətləri -- II Fəsil. Metodik hissə -- III Hissə. Təcrübi hissə.Karate ilə məşğul olan gənc idmançıların fiziki yüklərə adaptasiya zamanı morfoloji və fizioloji göstəricilərin öyrənilməsi -- Xülasə -- Nəticələr -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığı. Təkmübarizlik idman növlərinin əksər növlərində olduğu kimi karateçilərdə də idman məşqinin əsası yeniyetməlik dövründən başlayır. Bu baxımdan yeniyetmə və gənc karateçilərin funksional hazırlığının xüsusiyyətlərinin tədqiqi vacibdir. Gənc karateçilərin funksional hazırlığı xüsusi texniki hərəki vərdişlərin formallaşmasının əsasını təşkil edir. İdman təkmübarizliyində karateçilərin idman hazırlığının müasir sistemi hələdə ətraflı öyrənilməmişdir. Bu da aparılan idman məşqlərinin tam strukturunun və məzmununun aydınlaşdırmaqda çətinliklər yaradır, eyni zamanda onların funksional vəziyyətinin və fiziki iş qabiliyyətinin qiymətləndirmək problemə çevrilmişdir. Ona görə də həm yeniyetmələrdə, həm də gənc karateçilərdə icra olunan məşq yüklərindən əvvəl və sonra fizioloji göstəricilərin təyini məşq yüklərinin seçilməsindən və tətbiqində yaranan çətinliklərin müəyyən qədər aradan qaldırılmasına yardımçı olacaq. Qeyd etdiyimiz bu hallar mövzunun aktuallığını önə çıxartmış olur. Mövzunun problemi. Müasir idman sağlam insana özünün adaptiv imkanlarını artırmağa imkan verir, bu daha çox fiziki məşq və psixo-emosional yüklərin orqanizmini funksional imkanlarına adekvat olduğu zaman daha səmərəli olur. Ona görə də, təlim məşq və yeriş fəaliyyətinin effektivliyinin yüksəldilməsi çox mürəkkəb elmlər arası vəzifə hesab olunur, yeni pedeqoji, biokimyəvi, fizioloji yanaşmaları tələb edir. Bu spesifik dairədə əldə olunmuş nailiyyətlərinin artmasının təlim-məşq prosesinin təkmilləşdirilməsi ilə əlaqələndirilməsi, məşq və yeriş yüklərinin orqanizimdə yeritdiyi funksional dəyişiklik-lərin bioloji qanunauyğunluqlarının öyrənilməsi, onların adeptasiya proseslərin gedişində onlardan bir meyar kimi istifadə olunmasını təmin etmək məqsədi ilə bu göstəricilərin idman hazırlığının dövrlərində təyin olunmasını aktual bir problemə çevirmiş olar. İdman məşqlərində müsbət səmərə o zaman əldə olunur ki, orqanizmə təsir edən əzələ yükü onun ümümi inkşafına, əsas fizioloji funksiyalarının potensial imkanlarının artmasına təsir etsin. Ona görə də hər bir idmançının fizioloji göstəricilərin tərifi olaraq təyin olunması əldə olunacaq məşqlilik səviyyəsini qiymətləndirməyə əsas verir.Tədqiqatın problemi. Karateçilərdə məşq yüklərinin qurulması və bölüşdürülməsi onlarda müxtəlif dövürlərdə tətbiqi ilə bağlı işlərin aparılması orqanizmin funksional göstəricilərinin təyin olunmasınıda aktuallaşdırır. Onu da qeyd edək ki, illik məşqin strukturunda gənc karateçilərin hazırlığı üçün məşq yüklərinin planlaşdırılması və optimallaşdırılması ilə bağlı məsələlər praktik olaraq az öyrənilmişdir və öz həllini gözləməkdədir. Məşq yüklərinin səmərəli nisbətdə tətbiqi gənc karateçilərin orqanizminə kompleks təsirinin təmin olunmasında və formalaşmasında mühüm rol oynayır, eyni zamanda məşqlərin mürəkkəb qarşılıqlı təsirinin effektivliyini artırır. Bu da yaranan problemin aktuallığını vaxtında aşkar olunmasına və problemin vaxtında həllinə istiqamətlənmiş elmi tədqiqat işlərinin aparılmasını tələb edir. Tədqiqatın obyekti. Tədqiqat idman cəmiyyətlərinin karate bölmələində yeniyetmə və gənc karateçilər üzərində aparılacaq. Tədqiqatın predmeti. Yeniyetmə və gənc karateçilərin (15-18 yaş) illik məşqin hazırlıq dövründə müxtəlif istiqamətli yüklərin mikrodövürləri üzrə bölüşdürülməsi. Karate ilə məşğul olan yeniyetmə və gənc karateçilərin illik məşqin hazırlıq mərhəlləsində məşq prosesinin təkmilləşdirilməsi olmuşdur. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Karate en_US
dc.title Yeniyetmə və gənc karateçilərdə illik məşqin hazırlıq mərhələsində fiziki yükə adaptasiyanın fizioloji xüsusiyyətlərinin tədqiqi en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account