Abstract:
Mövzunun aktuallığı. Təkmübarizlik idman növlərinin əksər növlərində
olduğu kimi karateçilərdə də idman məşqinin əsası yeniyetməlik dövründən başlayır.
Bu baxımdan yeniyetmə və gənc karateçilərin funksional hazırlığının xüsusiyyətlərinin
tədqiqi vacibdir. Gənc karateçilərin funksional hazırlığı xüsusi texniki hərəki
vərdişlərin formallaşmasının əsasını təşkil edir.
İdman təkmübarizliyində karateçilərin idman hazırlığının müasir sistemi hələdə
ətraflı öyrənilməmişdir. Bu da aparılan idman məşqlərinin tam strukturunun və
məzmununun aydınlaşdırmaqda çətinliklər yaradır, eyni zamanda onların funksional
vəziyyətinin və fiziki iş qabiliyyətinin qiymətləndirmək problemə çevrilmişdir. Ona
görə də həm yeniyetmələrdə, həm də gənc karateçilərdə icra olunan məşq yüklərindən
əvvəl və sonra fizioloji göstəricilərin təyini məşq yüklərinin seçilməsindən və
tətbiqində yaranan çətinliklərin müəyyən qədər aradan qaldırılmasına yardımçı olacaq.
Qeyd etdiyimiz bu hallar mövzunun aktuallığını önə çıxartmış olur.
Mövzunun problemi. Müasir idman sağlam insana özünün adaptiv imkanlarını
artırmağa imkan verir, bu daha çox fiziki məşq və psixo-emosional yüklərin
orqanizmini funksional imkanlarına adekvat olduğu zaman daha səmərəli olur.
Ona görə də, təlim məşq və yeriş fəaliyyətinin effektivliyinin yüksəldilməsi çox
mürəkkəb elmlər arası vəzifə hesab olunur, yeni pedeqoji, biokimyəvi, fizioloji
yanaşmaları tələb edir. Bu spesifik dairədə əldə olunmuş nailiyyətlərinin
artmasının təlim-məşq prosesinin təkmilləşdirilməsi ilə əlaqələndirilməsi, məşq
və yeriş yüklərinin orqanizimdə yeritdiyi funksional dəyişiklik-lərin bioloji
qanunauyğunluqlarının öyrənilməsi, onların adeptasiya proseslərin gedişində onlardan
bir meyar kimi istifadə olunmasını təmin etmək məqsədi ilə bu göstəricilərin idman
hazırlığının dövrlərində təyin olunmasını aktual bir problemə çevirmiş olar. İdman
məşqlərində müsbət səmərə o zaman əldə olunur ki, orqanizmə təsir edən əzələ yükü
onun ümümi inkşafına, əsas fizioloji funksiyalarının potensial imkanlarının
artmasına təsir etsin. Ona görə də hər bir idmançının fizioloji göstəricilərin tərifi
olaraq təyin olunması əldə olunacaq məşqlilik səviyyəsini qiymətləndirməyə əsas
verir.Tədqiqatın problemi. Karateçilərdə məşq yüklərinin qurulması və
bölüşdürülməsi onlarda müxtəlif dövürlərdə tətbiqi ilə bağlı işlərin aparılması
orqanizmin funksional göstəricilərinin təyin olunmasınıda aktuallaşdırır. Onu da qeyd
edək ki, illik məşqin strukturunda gənc karateçilərin hazırlığı üçün məşq yüklərinin
planlaşdırılması və optimallaşdırılması ilə bağlı məsələlər praktik olaraq az
öyrənilmişdir və öz həllini gözləməkdədir. Məşq yüklərinin səmərəli nisbətdə tətbiqi
gənc karateçilərin orqanizminə kompleks təsirinin təmin olunmasında və
formalaşmasında mühüm rol oynayır, eyni zamanda məşqlərin mürəkkəb qarşılıqlı
təsirinin effektivliyini artırır. Bu da yaranan problemin aktuallığını vaxtında aşkar
olunmasına və problemin vaxtında həllinə istiqamətlənmiş elmi tədqiqat işlərinin
aparılmasını tələb edir.
Tədqiqatın obyekti. Tədqiqat idman cəmiyyətlərinin karate bölmələində
yeniyetmə və gənc karateçilər üzərində aparılacaq.
Tədqiqatın predmeti. Yeniyetmə və gənc karateçilərin (15-18 yaş) illik məşqin
hazırlıq dövründə müxtəlif istiqamətli yüklərin mikrodövürləri üzrə bölüşdürülməsi.
Karate ilə məşğul olan yeniyetmə və gənc karateçilərin illik məşqin hazırlıq
mərhəlləsində məşq prosesinin təkmilləşdirilməsi olmuşdur.
Description:
Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyatların xülasəsi. Orqanizmin fiziki yüklərə adaptasiyanın fizioloji xüsusiyyətləri -- II Fəsil. Metodik hissə -- III Hissə. Təcrübi hissə.Karate ilə məşğul olan gənc idmançıların fiziki yüklərə adaptasiya zamanı morfoloji və fizioloji göstəricilərin öyrənilməsi -- Xülasə -- Nəticələr -- İstifadə edilmiş ədəbiyyat.