Abstract:
Mövzunun aktuallığı. Ağırlıqqaldırma idmanı olimpiya oyunları proqramına
daxil olunduğundan ölkəmizdə böyük ənənələri olan bu idman növünə maraq xeyli
artmışdır. Ağırlıqqaldırma idmanında aparılan mübarizələrin əksəriyyətinin
submaksimal olması, enerjinin əsasən anaerob və qarışıq anaerob aerob rejimdə hasil
olması, vaxtaşırı tənəffüs prosesini müvvəqəti olaraq saxlanılması baş verən
gücənmələr daxili orqanların üzərinə böyük yük salmış olur. Ağırlıqqaldırmalarda
fiziki keyfiyyətlərin inkişafı üçün münasib dövürlərin tədbiqi və bu dövürlərdən
səmərəli istifadə əldə olunacaq uğrun əsasını qoymuş olur. Qeyd etmək lazımdır ki,
ağırlıqqaldıranların hazırlığının nəzəriyyəsində və təkmiləşməsində gənc
ağırlıqqaldıranların fiziki inkişafı və fiziki hazırlığı ilə bağlı məsələlər hələ tam olaraq
öyrənilməmişdir.
Ağırlıqqaldırma idman növündə yüksək idman nəticələri əldə olunması üçün
idmançı müəyyən fiziki inkişaf və fiziki hazırlıq səviyyəsinə malik olmalıdır ki,
bunlarda onların morfofunksional və genetik xüsusuyyətlərindən birbaşa aslı olur.
Mövcud elmi-metodiki ədəbiyyatın təhlili zamanı məlum olmuşdur ki, 14-15
yaşlı gənc ağırlıqqaldıranların fiziki inkişafını və fiziki hazırlığının səviyyəsinin
yüksəldilməsi aparılsa da, onların boy-çəki dinamometrik, təkanla və birdəfəlik
qaldırma ilə onların müqayisəsi əsasında qiymətləndirilməsi aparılmamışdır. Aparılmış
müşahidələr və sorğular əsasında idmançılar və məşqçilər bu məsələnin aktual
olduğunu nəzərə alaraq öyrənilməsini tövsiyyə etmişlər.
Tədqiqatın problemi. Qeyd olunduğu kimi ağırlıqqaldırmaların hazırlığı
prosesində ayrı-ayrı yaş qruplarından olan idmançıların hazırlığında əsas fikir onların
qüvvə və sürət-güc keyfiyyətlərinin və kordinasiya qabiliyyətlərinin inkişafına böyük
diqqət ayrıldığından onların morfoloji və funksional göstəricilərini öyrənilməsi və
müqayisə olunması əsasında qiymətləndirilməsi bir qədər diqqətdən kənar qalmışdır.
Ağırlıqqaldırma yarışlarında yüksək uğurlar əldə olunması hər şeydən əvvəl onların
fiziki və funksional vəziyyətində özünü biruzə verməlidir. Bununla belə, gənc
ağırlıqqaldıranlarda fiziki iş qabiliyyətlərini idmançıların morfofunksional
göstəricilərdən aslı olaraq yüksəldilməsi, onların orqanizimin vegetativ
göstəricilərində yaratdığı adaptiv dəyişikliklərin öyrənilməsi problem məsələlərdən
olaraq qalmaqdadır. Onuda qeyd etmək lazımdır ki, ağırlıqqaldıranların məşqinin tibbi-bioloji aspektlərinin öyrənilməsi ayrı-ayrı yük nümünələri və sınaqlarının tədbiqi ilə müəyyən qədər aparılsa da sona qədər aparılmamışdır və kompleks proqramların yaradılmasına cəhd olunmamışdır. Bütün bunlar tədqiqatların gedişində alınan
nəticələrin təhlil olunmasına vahid kompleks sınaq metodlarından istifadəyə və
idmançılarının hazırlığında hər ttərəfli qiymətləndirmələrin aparılmasında bir qədər
çətinliklər törədilmiş olur.
Tədqiqatın obyekti. Gənc ağırlıqqaldıranlarda fiziki inkişafın, fiziki hazırlığın
və fiziki iş qabiliyyətinin göstəricilərinin məşq təsiri ilə dəyişilməsi prosesinin
müqayisəli olaraq qiymətləndirilməsi prosesi olmuşdur.
Tədqiqatın predmeti. Gənc ağırlıqqaldıranların fiziki inkişafının, fiziki
hazırlıqlarının yoxlanılmasının vasitə və metodları təşkil etmişdir.
Description:
Mündəricat -- Giriş -- I Fəsil.Ağırlıqqaldırma idman növünün anatomik, morfoloji və fizioloji xüsusiyyətləri -- II Fəsil.Tədqiqatın metodları və təşkili -- III Fəsil. Yeniyetmə və gənc ağırlıqaldıranlarda fiziki inkişafın, fiziki hazırlığın göstəricilərinin məşq prosesi ilə qarşılıqlı əlaqəsinin tədqiqi -- Xülasə -- Nəticə -- Praktiki tövsiyyələr -- İstifadə edilmiş ədəbiyyat.