Abstract:
Məqalədə müxtəlif hərəkət aktivliyi rejiminə malik olan tələbə qızlarda funksional və fiziki hazırlığın göstəricilərinin müqaisəli təhlili aparılmışdır. Müəyyən olunmuşdur ki, tələbələrin fiziki və funksional ha-zırlığının gedişi prosesinin öyrənilməsi zamanı alınan göstəricilər göstərmişdir ki, qüvvə xarakterli məşğələlər çoxtərəfli və kəskin təsirə malik olduğu halda, sağlamlaşdırıcı hərəkətlər analoji təsirə malik olmur. Ona görə də, qüvvə xarakterli məşğələlər tələbələrdə funksional statusun və fiziki iş qabiliyyətinin yüksəldilməsində hərəki keyfiyyətlərin kompleks şəkildə inkişafında özünü biruzə verir.