Abstract:
Məşqlərdə və yarışlarda aparılan pedaqoji müşahidələr zamanı müəyyən edilib ki, idmançılar çox zaman hərəkətləri bir tərəfə çox yaxşı icra edə bilirlər, digər tərəfə isə hərəkətlərin icrası çox zəif alınır və ya tam alınmır. Bu onların asimmetrik olduğundan irəli gəlir. Çox az idmançı hərəkətləri hər iki tərəfə icra etməyi yüksək dərəcədə bacarır. İdman mütəxəssisləri, məşqçilər, müəllimlər hərəkətin hər iki tərəfə öyrədilməsinin tərəfdarı olub, bunun gələcəkdə yüksək nailiyyət göstərmək şanslarının artması ilə əlaqələndirirlər