Abstract:
Qüvvə güləşçinin əsas hərəki keyfiyyətlərindən biridir. O yalnız əzələ fəaliyyəti zamanı inkişaf edir və təkmilləşir. Güləşmə məşğələlərində tətbiq edilən fiziki qüvvə hərəkətləri həcminə, istiqamətinə və xa-rakterinə görə fasiləsiz olaraq dəyişilir. Bu zəruriyyət yarış mübarizəsi zamanı yaranan vəziyyətlərlə əlaqədar olaraq irəli gəlir. Son dövrlərdə güləş növləri üzrə yarış qaydalarında da ciddi dəyişikliklər edilir. Bu qaydalara uyğunlaşmaq güləşçilərdən böyük qüvvə və onun təkmilləşməsini tələb edir. Məhz buna görə güləşmə məşğələlərində qüvvə hazırlığı zamanı məşqçilər yeni-yeni təmrinlər tətbiq etməli olurlar.