ASA E-Arxiv

Peşəkar futbolçuların yarış fəaliyyətləri arasında 16-17 yaşlı gənc futbolçuların müdafiə və hücum taktikasının təkmilləşdirilməsi.

Show simple item record

dc.contributor.author Şükürov, Azad
dc.date.accessioned 2024-02-05T07:52:38Z
dc.date.available 2024-02-05T07:52:38Z
dc.date.issued 2020
dc.identifier.uri http://hdl.handle.net/123456789/143
dc.description Mündəricat -- Giriş -- IFəsil. Peşəkar futbolçuların hazırlanmasının nəzəri-metodiki əsasları -- II Fəsil. Tədqiqatın təşkili, Azərbaycan premyer liqasının və I divizion komandalarının yarış fəaliyyətinin analizi -- III Fəsil. 16-17 yaşlı futbolçuların qruplarda qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi -- Nəticələr -- Təkliflər -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Tədqiqatın aktuallığı. İdman ustalığının təkmilləşdirilməsi mərhələsində futbolçuların məşq və yarış fəaliyyətinin müxtəlif xüsusiyyətlərini əhatə edən bir sıra elmi tədqiqat işləri futbolun müasir dövrədək inkişafını əhatə edir [14, s.184; 24, s.54; 53, s.90]. Bütün tədqiqatlarda ümumi istiqamət görünür – məşq prosesi, futbolun yarış fəaliyyətinin spesifikliyinə adekvat (uyğun olan) olaraq, tam funksional sistemin formalaşdırılmasına yönləndirilməlidir. A.A.Şamardinin fikrincə bu məqsədli funksional hazırlığın anlayışıdır. Elmi araşdırmalara baxmayaraq, mövcud olan 16-17 yaşlı futbolçuların hazırlıq sistemində lazım olan texniki bacarıqlarının variativliyinə və müasir tələblər baxımından ən yüksək səviyyəyə çata bilmirlər. Bu da öz növbəsində yarış fəaliyyəti dövründə, “elementlər şəklində öz məzmununa bir qrup oyunçunun uzlaşdırılmış fərdi texniki-taktiki fəaliyyətini daxil edən” qrupdakı iş birliyinin effektiv şəkildə reallaşdırılmasına maneə olur. Uşaq-gənclər futbolundan peşəkar komandalara (dəstələrə) keçdikləri zaman gənc futbolçuların topladıqları potensialın itirilməsi tendensiyası son 20 il ərzində olduqca güclənib [145]. Bunun əsas səbəbi kimi hər iki altsistemi arasında (idman ehtiyyatlarının hazırlanması sistemi ilə yüksək nəaliyyətlərin peşəkar idman sisitemi) təmasın olmaması, hazırlığın varisliyinin qırılması və gənclər futbolunda həll edilən məsələlərin yüksək dərəcəli ixtisaslı futbolçuların yarış fəaliyyətinin tələblərinə uyğun olmamasıdır. Beynəlxalq arenada Azərbaycanın gənclərdən ibarət yığma komandasının nəaliyyətlərinin olmaması da idman ustalığının təkmilləşdirilməsi mərhələsində “Futbol idman növü üzrə idman hazırlığının standartı” idman hazırlığı proqramına əsasən idman hazırlığının reallaşdırılması zamanı yüksək nəaliyyətlər əldə etmək məqsədilə gənc oyunçuların hazırlanması üçün vahid standartlarının yaradılması üzərində aparılan işlərin başa çatdırılmasının vacib olduğunu şərtləndirir. AFFA (Azərbaycan futbol Premyer Liqası) avropa klub turnirlərində: UEFA çempionlar liqası, UEFA Avropa Liqası – göstərdikləri olduqca aşağı nailiyyətləri bunu sübut edir. Bunun nəticəsidir ki, Azərbaycanın futbol üzrə indiki yığma komandasının bir futbolçusu da aparıcı xarici çempionatda təmsil olunmayıb. en_US
dc.language.iso az en_US
dc.publisher Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Futbol en_US
dc.subject AFFA en_US
dc.subject UEFA en_US
dc.title Peşəkar futbolçuların yarış fəaliyyətləri arasında 16-17 yaşlı gənc futbolçuların müdafiə və hücum taktikasının təkmilləşdirilməsi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account