Abstract:
Tədqiqatın aktuallığı. İdman ustalığının təkmilləşdirilməsi mərhələsində
futbolçuların məşq və yarış fəaliyyətinin müxtəlif xüsusiyyətlərini əhatə edən bir sıra
elmi tədqiqat işləri futbolun müasir dövrədək inkişafını əhatə edir [14, s.184; 24,
s.54; 53, s.90].
Bütün tədqiqatlarda ümumi istiqamət görünür – məşq prosesi, futbolun yarış
fəaliyyətinin spesifikliyinə adekvat (uyğun olan) olaraq, tam funksional sistemin
formalaşdırılmasına yönləndirilməlidir. A.A.Şamardinin fikrincə bu məqsədli
funksional hazırlığın anlayışıdır.
Elmi araşdırmalara baxmayaraq, mövcud olan 16-17 yaşlı futbolçuların
hazırlıq sistemində lazım olan texniki bacarıqlarının variativliyinə və müasir tələblər
baxımından ən yüksək səviyyəyə çata bilmirlər. Bu da öz
növbəsində yarış fəaliyyəti dövründə, “elementlər şəklində öz məzmununa bir qrup
oyunçunun uzlaşdırılmış fərdi texniki-taktiki fəaliyyətini daxil edən” qrupdakı iş
birliyinin effektiv şəkildə reallaşdırılmasına maneə olur.
Uşaq-gənclər futbolundan peşəkar komandalara (dəstələrə) keçdikləri zaman
gənc futbolçuların topladıqları potensialın itirilməsi tendensiyası son 20 il ərzində
olduqca güclənib [145]. Bunun əsas səbəbi kimi hər iki altsistemi arasında (idman
ehtiyyatlarının hazırlanması sistemi ilə yüksək nəaliyyətlərin peşəkar idman sisitemi)
təmasın olmaması, hazırlığın varisliyinin qırılması və gənclər futbolunda həll edilən
məsələlərin yüksək dərəcəli ixtisaslı futbolçuların yarış fəaliyyətinin tələblərinə
uyğun olmamasıdır.
Beynəlxalq arenada Azərbaycanın gənclərdən ibarət yığma komandasının
nəaliyyətlərinin olmaması da idman ustalığının
təkmilləşdirilməsi mərhələsində “Futbol idman növü üzrə idman hazırlığının
standartı” idman hazırlığı proqramına əsasən idman hazırlığının
reallaşdırılması zamanı yüksək nəaliyyətlər əldə etmək məqsədilə gənc oyunçuların
hazırlanması üçün vahid standartlarının yaradılması üzərində aparılan işlərin başa
çatdırılmasının vacib olduğunu şərtləndirir. AFFA (Azərbaycan futbol Premyer
Liqası) avropa klub turnirlərində: UEFA çempionlar liqası, UEFA Avropa Liqası –
göstərdikləri olduqca aşağı nailiyyətləri bunu sübut edir. Bunun nəticəsidir ki,
Azərbaycanın futbol üzrə indiki yığma komandasının bir futbolçusu da aparıcı xarici
çempionatda təmsil olunmayıb.
Description:
Mündəricat -- Giriş -- IFəsil. Peşəkar futbolçuların hazırlanmasının nəzəri-metodiki əsasları -- II Fəsil. Tədqiqatın təşkili, Azərbaycan premyer liqasının və I divizion komandalarının yarış fəaliyyətinin analizi -- III Fəsil. 16-17 yaşlı futbolçuların qruplarda qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi -- Nəticələr -- Təkliflər -- İstifadə edilmiş ədəbiyyat.