Abstract:
Mövzunun aktuallığı. İdman növlərində yüksək nəticələrin əldə olunması
müəyyən qədər dözümlüyün inkişaf etdirilməsini tələb edir, bu da idmançıda aerob
imkanların yüksək səviyyədə olması ilə xarakterizə olunur. Aerob imkanlar məşq
prosesində inkişaf edir, aerob enerji istehsalını artırır, buna müxtəlif proqramları və
vasitələri şərait yaradır. Bunların aşkarlanması dözümlülük keyfiyyətinin aşkarlanması
və həyata keçirilməsi ilə bağlıdır. Dözümlüyün aşkarlanması müəyyən qədər genetik
amillərlə bağlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, məşqin bioloji
mexanizmlərini öyrənmədən enerji təminatını təkmilləşdirmək üçün vasitələrin
seçilməsi məsələsində problem yaranır, yekdil fikir yoxdur. Bu fikir də tədqiqatın
problemini formalaşdırmağa kömək edir. Məhz hansı məşq vasitələrinin köməyi ilə
cüdoçuların aerob imkanlarını səmərəli inkişaf etdirmək olar, bunu yalnız
planlaşdırılmış tədqiqatların köməyi ilə mümkündür və ona görə də problemin həlli
böyük maraq doğurur.
Cüdo güləş növü kimi olimpiya növlərinə aiddir, burada aparılan mübarizə
maksimal və submaksimal şiddət zonasında aparılır. Güləşçilər üzərində aparılan
fizioloji, biokimyəvi və biomexaniki tədqiqatlar, məşqlərin və yarışların gedişinə
pedaqoji müşahidələrin mütəxəssislərin və peşəkar idmançıların iştirakı ilə aparılan
təhlillər əsasında belə bir qənaətə gəlinmişdir ki, aerob dözümlüyün yüksək səviyyəsi
yarış şəraitində texniki-taktiki fəaliyyətin səmərəli həyata keçirilməsində aparıcı
amillərdəndir
Description:
Mündəricat -- Giriş -- I Fəsil. Ədəbiyyat xülasəsi. Aerob iş qabiliyyətinin fizioloji aspektləri -- II Fəsil. Metosiki hissə. Tədqiqatların təşkili və metodları -- III Fəsil. Təcrübi hissə. Cüdoçularda qüvvə-sürət xarakterli yüklərin aerob dözümlüyün inkişafına təsiri -- Xülasə -- Nəticə --- İstifadə olunmuş ədəbiyyat.