ASA E-Arxiv

Cüdoçuların orqanizminin yarışqabağı stimullaşdırılmasında istifadə olunan bərpa vasitələrinin tədqiqi.

Show simple item record

dc.contributor.author Tağızadə, Rüfət
dc.date.accessioned 2024-01-26T11:20:38Z
dc.date.available 2024-01-26T11:20:38Z
dc.date.issued 2021
dc.identifier.uri http://hdl.handle.net/123456789/134
dc.description Mündəricat -- Giriş -- I Fəsil. Ədəbiyyat xülasəsi -- II Fəsil. Metodiki hissə -- III Fəsil. Təcrübi hissə -- Nəticə -- İstifadə olunmuş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığı. Böyük idmanda yüksək uğurun əldə olunması məşq prosesində həcminə və intensivliyinə görə yüklərin artırılmasıni tələb edir. Tətbiq olunan belə yüklərdən sonra bərpa prosesləridə intensiv-ləşdirilməli,təkrar keçirilən əzələ işinə orqanizm hazır olmalıdır. Əks halda orqanizmin funksional imkanları tükənərək idmançıya yüksək nəticələr əldə olunmasına imkan verməyəcekdir. Bütün idman növlərində olduğu kimi,güləş növlərində də idaman nəticələri artır. Beynəlxalq yarışlarda (xüsusilə də olimpia idman növlərində) yaxşı nəticələrin əldə olunması yalnız böyük həcmli məşq yüklərini rekord və rekorda yaxın səviyyədə icra etməklə nail olmaq mümkündür. Yüksək dərəcəli idmançılar illik məşq dövründə gündəlik məşq etməklə, 55-65 qədər yarışlarda iştirak edir. Bununla əlaqədar olaraq onların orqanizminə böyük psixo-fizioloji və fiziki yük düşür, bununla da bağlı olaraq orqanizmin ayrı-ayrı orqan və sistemlərində zədələnmələrin və funksioal pozulmalrın yaranmasına münbit şərait yaranır. Bu da idmançıların orqanizminə yardımın göstərilməsini və bərpa proseslərinin intensivləşməsini, yeni-yeni bərpa vasitələrindən istifadə olunmasını aktuallaşdırır. Tədqiqatın problemi: idman fəaliyyətindən sonra idmançıların fiziki iş qabiliyyətinin bərpası problemi müasir idmanın ən vacib məsələlərindəndir. Ona görə də idmançıların illik məşqi dövründə idman məşqi ilə yanaşı bərpa proseslərinin də elmi cəhətdən əsaslandırılması idman nəzəriyyəsi və təcrübəsində xüsusi yer tutur. Bununla əlaqədar olaraq məşq yüklərinin quruluşunun təyini, dozalaşdırılması, məşqin dövriləşdirilməsinin təkmil-ləşdirilməsi və s. məsələlər problemin aktualliğını daha da artırır. Yüksək dərəcəli güləşcilərin hazırlığında tətbiq olunan məşq yüklərinin icrasından sonra bərpa proseslərinin sürətləndirilməsi və nəzarət altında saxlanılması idman məşqinin vacib problemlərindəndir, tədqiqatların aparılmasına ehtiyacı vardır və mövzunun aktuallığını daha da artırır. Bərpa proseslərinin elmi cəhətdən əsaslandırılaraq aparılması onların orqanizmində superkompensasiya halı yaradır. İdmançının superkom-pensasiya halında mübarizəyə başlaması onların funksional imkanlarını xeyli genişləndirdiyi halda, natamam bərpa halında mubarizə orqanizmi tükəndirir, iş qabiliyyəti aşağı olur, yorulma prosesi sürətli inkişaf edir, həddən artıq məşqolunma halı yaranır. Buradan da bərpanın idmançı orqanizmi üçün nə qədər əhəmiyyət daşıdığı məlum olur. en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Cüdo en_US
dc.title Cüdoçuların orqanizminin yarışqabağı stimullaşdırılmasında istifadə olunan bərpa vasitələrinin tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account