Abstract:
Mövzunun aktuallığı. Böyük idmanda yüksək uğurun əldə olunması məşq
prosesində həcminə və intensivliyinə görə yüklərin artırılmasıni tələb edir. Tətbiq
olunan belə yüklərdən sonra bərpa prosesləridə intensiv-ləşdirilməli,təkrar
keçirilən əzələ işinə orqanizm hazır olmalıdır. Əks halda orqanizmin funksional
imkanları tükənərək idmançıya yüksək nəticələr əldə olunmasına imkan
verməyəcekdir. Bütün idman növlərində olduğu kimi,güləş növlərində də idaman
nəticələri artır. Beynəlxalq yarışlarda (xüsusilə də olimpia idman növlərində) yaxşı
nəticələrin əldə olunması yalnız böyük həcmli məşq yüklərini rekord və rekorda
yaxın səviyyədə icra etməklə nail olmaq mümkündür. Yüksək dərəcəli idmançılar
illik məşq dövründə gündəlik məşq etməklə, 55-65 qədər yarışlarda iştirak edir.
Bununla əlaqədar olaraq onların orqanizminə böyük psixo-fizioloji və fiziki yük
düşür, bununla da bağlı olaraq orqanizmin ayrı-ayrı orqan və sistemlərində
zədələnmələrin və funksioal pozulmalrın yaranmasına münbit şərait yaranır. Bu da
idmançıların orqanizminə yardımın göstərilməsini və bərpa proseslərinin
intensivləşməsini, yeni-yeni bərpa vasitələrindən istifadə olunmasını aktuallaşdırır.
Tədqiqatın problemi: idman fəaliyyətindən sonra idmançıların fiziki iş
qabiliyyətinin bərpası problemi müasir idmanın ən vacib məsələlərindəndir. Ona
görə də idmançıların illik məşqi dövründə idman məşqi ilə yanaşı bərpa
proseslərinin də elmi cəhətdən əsaslandırılması idman nəzəriyyəsi və təcrübəsində
xüsusi yer tutur. Bununla əlaqədar olaraq məşq yüklərinin quruluşunun təyini,
dozalaşdırılması, məşqin dövriləşdirilməsinin təkmil-ləşdirilməsi və s. məsələlər
problemin aktualliğını daha da artırır.
Yüksək dərəcəli güləşcilərin hazırlığında tətbiq olunan məşq yüklərinin
icrasından sonra bərpa proseslərinin sürətləndirilməsi və nəzarət altında
saxlanılması idman məşqinin vacib problemlərindəndir, tədqiqatların aparılmasına
ehtiyacı vardır və mövzunun aktuallığını daha da artırır. Bərpa proseslərinin elmi
cəhətdən əsaslandırılaraq aparılması onların orqanizmində superkompensasiya halı
yaradır. İdmançının superkom-pensasiya halında mübarizəyə başlaması onların
funksional imkanlarını xeyli genişləndirdiyi halda, natamam bərpa halında
mubarizə orqanizmi tükəndirir, iş qabiliyyəti aşağı olur, yorulma prosesi sürətli
inkişaf edir, həddən artıq məşqolunma halı yaranır. Buradan da bərpanın idmançı
orqanizmi üçün nə qədər əhəmiyyət daşıdığı məlum olur.