Abstract:
Tədqiqatın aktuallığı. Həyatda və fəaliyyətdə uğur qazanmaq üçün insana intizam
və məsuliyyət, əzmkarlıq və məqsədyönlülük kimi mənəvi və iradi keyfiyyətlər
lazımdır. Bu keyfiyyətlər şəxsiyyətə cəmiyyətin mənəvi və hüquq normalarına asanlıqla
uyğunlaşmaq, onlara könüllü riayət etmək, öz vəzifələrini keyfiyyətlə yerinə yetirmək,
müvəffəqiyyət qazanmaqda əzmkarlıq göstərmək və ona nail olmaq imkanı verir.
Cəmiyyət ölkədə baş verən hadisələr üçün hər bir insandan məsuliyyət hissinin, şəxsi
intizamın, əxlaqi özünüinkişafetdirmənin aktivləşdirilməsini tələb edir.
«İnsanın mənəvi-iradi xüsusiyyətləri çox geniş və bu günümüz üçün aktual olan bir
problemdir. Buraya insan mənəviyyatından və əxlaqından başlamış insanların bir-birinə
olan münasibəti, mədəniyyəti, ünsiyyət qurmaq bacarığı, mübarizliyi, iradəsi, cəmiyyətə
və vətənə olan sevgisi və nəhayət, liderlik qabiliyyəti daxildir. İnsanlarda bu xüsusiyyət
insan şüurunun qavramağa başladığı gündən formalaşmağa başlayır» [Qurbanov H.,
Yolçuyev S. Bakı, 2003].
Tədqiqatın problemi. Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez cətin uşaqlar sözünə
rast gəlmək olar. Müəllimlər çox vaxt bəzi uşaqların cətinliyindən şikayətlənirlər. Bu cur
uşaqların pedaqoji baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər. Adətən çətin
uşaqların xüsusiyyətləri ən cox yeniyetməlik dövründə özünü göstərir. Bu dövr
uşaqlarda çətinliyin yaranmasına təkan verir. Çox vaxt çətin uşaqlarin meydana gəlməsi
ailə tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur. Ailədə valideynlər arasında uşaqların
tərbiyəsində vahid tələbin olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı
üçün müvafiq şəraitin yaradılmaması, valideynlər arasında ciddi konfliktin olması,
valideynlərin davranışında uşağa mənfi təsir edəcək qüsurların mövcudluğu, ailədə
əxlaq, ictimai münasibət normalarına uyğun olmayan sərvət və normalar sisteminin
formalasması və s. çətin uşaqların yaranmasinin başlıca səbəbidir.