Abstract:
Mövzunun aktuallığı. Azərbaycan dövlət müstəqillik əldə etdikdən sonra
ölkə başçısının düzgün və uzaqgörən siyasəti nəticəsində respublikamız həyatın
bütün sferalarında müvəffəqiyyət əldə edərək irəliləyir. Ümummilli lider Heydər
Əliyevin başladığı və onun layiqli davamçısı olan prezident İlham Əliyevin davam
etdirdiyi bədən tərbiyəsi və idman siyasətinin həyata keçirilməsi ölkəmizdə bu
sahəyə diqqəti artırmış və kütləviləşmişdir.
Müasir kurikulumda fiziki tərbiyə fənninin 4-cü məzmun xəttini nəzərə
alaraq qeyd edə bilərik ki, fiziki tərbiyə dərslərində şagirdlərin mənəvi iradi
kefiyyətlərinin yüksələdilməsi ən vacib məsələlərdən biri hesab edilir. Şagirdlərin
gələcəkdə şəxsiyyət kimi formalaşması məhs bu məzmun xəttinin tələblərinin
üzərinə düşür. Bildiyimiz kimi bu günün uşaqları gələcəyin idarəediciləridir.
Onlarda vətənpərvərlik, əməksevərlik, pozetivlik, sağlamlıq, humanistlik və s. kimi
keyfiyyətlərin formalaşdırılması biz pedaqoqların üzərinə böyük məsuliyyət qoyur.
Şagirdlərinfiziki tərbiyə dərslərinə psixoloji hazır olmasını və bunun
nəticəsində onlarda motivasiyanın yüksəldilməsinimüasir dövrümüzün ən aktual
məsələlərindən biri hesab etmək olar. Xüsusilə də bu kimi keyfiyyətləri aşağı yaş
qruplarından V-VI siniflərdən başlayaraq formalaşdırılması əsas götürülməlidir.
Çünki bu yaşda, şagirdlərin fiziki tərbiyə müəlliminə inamı və etibarı ən pik həddə
olur. Fiziki tərbiyə müəllimləri bu etimadı qoruyaraq saxlamaq və bundan istifadə
edərək onlarda fiziki hazırlıqlara motivi daha da yüksəldməyə səy göstərməlidir.
Dərslərə motivasiyanın artırılması şagirdlərdə, həm hərəki qabiliyyətlərin icrası
zamanı cəsarət və risqetməni, həmdə özünəinamı formalaşdırır.
Mövzunun işlənmə səviyyəsi. Aparılmış tədqiqatların təhlili göstərdi ki,
fiziki tərbiyə dərslərində motivasiyanın yüksəldilməsi, şagirdlərdə hərəkətlərin
icrasında özünəinamı, özgünəgücünə güvəni, özünə və müəllimə inamı yüksəldir.
Bu da, onların bir başa fiziki və psixoloji keyffiyyətlərini müsbətə doğru olaraq
dəyişir.