Abstract:
Mövzunun aktuallığı. Müasir dövrdə tədris prosesinin modernizasiyasında
tələbə təhsildə aktiv subyektə çevrilir, çoxlu sayda sensor, verbal və struktur
informasiyaların təsirinə məruz qalır, orqanizmdə funksional gərginliyin səviyyəsi
artır, əvvəlcə disfunksiyaların formalaşmasına, sonra isə müxtəlif fizioloji
göstəricilərin dayanıqlığın pozulmasına səbəb olur. Gün ərzində statik vəziyyətdə
olması orqanizmin bütün sistemlərində məşqolunma effektinin pozulmasına rəvac
vermiş olur.
Bədən tərbiyəsi və idman məşğələlərinin sistematik icrasından sonra
formalaşan hərəki və vegetativ sistemlərdə adaptasiya reaksiyaların sayəsində
məşğul olunanların sağlamlığının möhkəmlənməsinin və yarana bilən xəstəliklərin
profilaktikasında əsas zəminin yaranmasına kömək edir. Orqanizmdə yaranan qeyri
– spesifik (ümumi) adaptasiya reaksiyaları çox ciddi fizioloji və morfoloji
dəyişikliklərin baş verməsi ilə müşaiyət olunmur, onun təsiredici amillərə qarşı
adaptasiyasına səbəb olmur [42, s.620]. Bu cür yüklər qeyri - əlverişli amillərin
təsirinə qarşı nisbi sinir – humoral dayanıqlığının yaranması ilə xarakterizə olunur.
Təsir edən spesifik yüklərin təsiri altında adaptasiya reaksiyaları ilə orqanizmdə çox
ciddi morfoloji, funksional və biokimyəvi dəyişikliklərlə müşaiyyət olunaraq
funksional sistemlərdə dəyişikliklərin yaranmasına, onun ehtiyyat imkanlarının
yüksəlməsinə səbəb olur. Ona görə də, tələbələrin fiziki statusunun təkmilləşdirilməsi
icra olunan fiziki yüklərin sistemindən və məşqolunma statusundan asılı olur. Ali
məktəb şəraitində orqanizmin məşqolunma potensialına planlaşdırılan proqramlarda
əksini tapmış təlim – məşq məşğələlərin intensivləşdirilməsi və müstəqil olaraq
yerinə yetirilən hərəki yüklərin sayəsində mümkün olur. Ona görə də, fiziki tərbiyə
prosesində pedaqoji proses məqsədyönlü olmalı, fiziki tərbiyyəyə motivasiyanı
formalaşdırmalı və iradi olaraq daha böyük həcmli və intensivliyə malik məşq
yüklərinin icrasını aktivləşdirməkdən ibarətdir. Ona görə də, hərəki yüklərin
proqramlaşdırılmış şəkildə icrası üçün konkret olaraq şərait nəzərə alınmalı, necəki,
tələbələrin morfo – funksional vəziyyəti, idman bazalarının olması, coğrafi – iqlim
şəraiti və bu istiqamətdə yaradılan motivasiyalar hökmən nəzərdə tutulmalı və məşq
proqramlarının tərkibinə daxil olunmalıdır.