Abstract:
Mövzunun aktuallığı. Deyilən bir çox məlumatlara görə, boks bütün dövrlərin idman növüdür. Boksun inkişafı beş minillik tarixə dayanır. Cəmiyyətin yaranmasının ilk dövrlərindən boks yaranmağa başlamış və müxtəlif formada dünya xalqları arasında yayılmışdır. XX əsrin iyirminci illərində Bakıda boks həvəskarlarının ilk görüşləri keçirilmişdir. XX əsr bizə Abbas Ağalarov, Nadir Abbasov, Rafiq İmanov, Ağacan Abiyev, Nağı Nağıyev, Balahəsən Eynullayev, Oqtay İbrahimov Ədalət Məmmədov, Əli İsmayılov, Rövşən Hüseynov, Vüqar Ələkbərov, Ağasi məmmədov kimi idmançılar verib.
Boksla idman növü ilə məşğul olanların orqanizmində baş verən fizioloji və psixofizioloji dəyişikliklərinin öyrənilməsinin ilkin təlimi və onların hazırlanması işində boks yüksək dərəcəli idmançı olması səviyyəsinə qalxa bilmək üçün öyrənilməlidir. Bu ilk növbədə idmançıların psixofizioloji və fizioloji keyfiyyətlərinin xarakterindən asılıdır. Boksçuların idman fəaliyyətində rastlaşdıqları psixofizioloji və fizioloji dəyişikliklərin nəticələrinin istifadə olunmasının yol və vasitələri çoxcəhətli və rəngarəngdir. Əsas məsələ onlardan yerində istifadə edə bilməkdir.
İdmançının mübarizədə uğur qazanmasını şərtləndirən amillər çoxluq təşkil edir. Əsas amillərdən biri hərtərəfli fiziki hazırlıqdır və bunun nəticəsində boksçunun bədənində bəzi fizioloji dəyişikliklər baş verir. Mübarizəyə qoşulan idmançının orqanizmizmində baş veren fizioloji dəyişikliklərin boksçunun yarış durumunda həlledici rol oynayır. İdman fəaliyyətində hər bir boksçunun, xüsusən yarış dövründə güclü fiziki quruluşa malik olmalıdır. İdman fizioloqlarının tədqiqatları göstərir ki, xüsusi fiziki, keyfiyyətlər, idman hərəkətlərinin, fəndlərinin, texnikasının icrası, idmançının yarışda çıxışına təsir göstərən ən mühüm fizioloji amillərdir. Bu təsir boksçuda elə olmalıdır ki, yarışda və ya məşqdə uğur qazanması üçün əsaslı təməl yaratsın. İdman fiziologiyasının da başlıca vəzifələrindən biri idmançının istər məşq, istərsə də yarış fəaliyyəti dövrundə meydana çıxan fizioloji dəyişikliklərin tədqiq etmək, onların psixofizioloji xüsusiyyətlərinə diqqət etmək, idmançının çəkisini, döyüş tərzinin, döyüş taktikasının seçilməsinə, müsbət təsiri olunmasına istiqamətləndirmək, mənfi halların isə qarşısını almaq, onların nizamlanmasını formalaşdırmaqdır. Qeyd olunanlardan bu nəticəyə gələ bilərik ki, fizioloji keyfiyyətlərin nəzərə alınması idmançının ənənəvi hazırlıq növləri ilə bir cərgədə durmalı, məşqçilər, mütəxəssislər ona xüsusi diqqət ayırmalıdırlar.
Cəmiyyətimizin inkişafının müasir mərhələsində, xüsusilə insan fəaliyyətinin təkmilləşdirilməsi, onun effektliyinin artırılması tələb olunan hər bir sahədə fizioloji biliklərin vacibliyi artır. Şübhəsiz ki, bədən tərbiyəsi və idman, xüsusilə də yüksək nailiyyətlər ilə təcəssüm olunan böyük idman sahəsi də məhz bu cür fəaliyyət sahələrdəndir. Belə ki, onları böyük fiziki yüklər, gərgin yarışma mübarizəsi olmadan təsəvvür etmək mümkün deyil. Hal-hazırda böyük idman görünməmiş yüksək nailiyyətlər tərəqqisi ilə xarakterizə olunur. İlk növbədə sözsüz ki, məşqetmə metodikasını təkmilləşdirəndə, idman ləvazimatlarını hazırlayarkən idmançının bədənində baş vermiş dəyişikləri nəzərə almaq zəruridir.
Günümüzdə boks idman növü bütün dünyada olduğu kimi respublikamızda da yüksək templə inkişaf edir. Son zamanlar boksçularımızın qitə və dünya miqyaslı yarışlarda parlaq çıxışları, qazandıqları nailiyyətlər təkcə bokssevərləri deyil, eyni zamanda bütün idman həvəskarlarını və idman ictimaiyyətini sevindirir. Artıq bü cür qələbələrə bir növ öyrəncəli olmuşuq və idmançılarımızın hər hansı beynəlxalq miqyaslı, məsul yarışda uğursuz çıxışı bizləri məyus edir. Bəzən onların çıxışlarını izləyərkən görürük ki, onlar qələbənin bir addımlığında olarkən, ani bir məqamda üstünlüyü əldən verirlər və məğlubiyyətlə barışmalı olurlar. Çox vaxt bu cür hallar məşqçilər tərəfindən, idmançıların orqaizmində baş verən fizioloji dəyişikliklərin vaxtında nəzərə alınmamasından baş verir. Sözsüz ki, bu cür arzuolunmaz faktlar bu məsələni müasir boksçunun, hazırlıq sisteminin qarşısında problem şəklində qabardır və tədqiq olunub problemdən çıxış yollarının tapılması istiqamətində işin aparılması zərurətini meydana çıxarır.