Abstract:
Mövzunun aktuallığı: gənc triatlonçuların idman hazırlığı mərhələsində daha səmərəli vasitə və hazırlıq metodlarını seçərək, məşq yüklərinin rasional planlaşdırılmasına elmi əsaslandırılmış yanaşmaya yiyələnmək çox vacibdir. İdman hazırlığı mərhələsində məşq prosesinin idarə edilməsində fiziki hazırlığın inkişaf tempinə və xarakterinə qeyrispesifiki yükün və üzgüçülük, velosiped və qaçış hərəkətlərinin təsirinin səmərəsini bilmək çox vacıb olan əhəmiyyət kəsb edir.
Bir çox mütəxəssislər hesab edirlər ki, (2) idman məşqinin orqanizmə təsirinə fiziki hazırlıq göstəricilərinin artma tempinin xüsusiyyətlərini nəzər almaqla ona su mühitinin və məşq yükünün spesifiki xüsusiyyətlərinin təsiri nöqteyi nəzərdən baxmaq lazımdır.
Gənc triatlonçuların idman hazırlığının öyrənilməsinə belə yanaşma olduqca aktualdır və bununla yanaşı lazımı qədər öyrənilməyib.
Tədqiqatın obyekti: Gənc triatlonçuların məşq prosesi.
Tədqiqatın predmeti: Gənc triatlonçuların fiziki hazırlıq səviyyəsinin artırılması.
Tədqiqatın məqsədi: illik makrosilsilənin iki mərhələsində gənc triatlonçuların fiziki hazırlığının artma tempinin xüsusiyyətlərini tədqiq etmək və məşq yükünün planlaşdırılmasında düzəlişlər aparmaq.
Tədqiqatın vəzifələri:
1. İllik makrosilsilələrin iki mərhələsində gənc triatlonçuların fiziki hazırlığının artma tempinın xüsusiyyətlərini tədqiq etmək.
2. İllik məşq makrosilsilələrin birinci və ikinci mərhələləri üzrə gənc triatlonçuların fiziki hazırlığının artma tempinin xüsusiyyətlərini müqayisə etmək.
3. Gənc triatlonçuların fiziki hazırlığının makrosilsilənin birinci və ikinci mərhələlərində artma tempinin aşkar edilmiş xüsusiyyətlərinə əsasən məşq yüklərinin planlaşdırılması üzrə tövsiyələr işləyib hazırlamaq.
4. Gənc triatlonçuların fiziki hazırlığının artma tempinin fərdi göstəricilərinin yarış nəticələri ilə qarşılıqlı əlaqəsini aşkar etmək.
Tədqiqatın fərziyəsi və gözlənilən nəticə: İllik makrosilsilənin müxtəlif mərhələlırində triatlonçuların fiziki hazırlığının dinamikasının öyrənilməsi, triatlonçuların məşq prosesinin fərdi proqramına düzəlişlər etməyə imkan verəcək və idmançıların yarış nəticələrinin yaxşılaşmasına təsirini göstərəcək.
Description:
Mündəricat -- Giriş -- I Fəsil.Tədqiq olunan problem üzrə elmi-metodiki və ədəbiyyat mənbələrinin təhlili -- II Fəsil.Tədqiqatın təşkili və keçirilməsi -- III Fəsil.Gənc triatlonçuların illik silsilədə fiziki inkişafı üzrə təlim-məşq prosesi üçün səmərəli vasitə və metodların təyini -- Nəticə -- Tövsiyyə -- İstifadə edilmiş ədəbiyyat.