Abstract:
Tədqiqatın aktuallığı. Azərbaycan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Hər bir demokratik dövlətinin qarşısında duran əsas vəzifələrdən biri də, gələcək inkişafının təminatçısı olan gənclərin yetişdirilməsidir. Bu missiyanın yerinə yetirilməsində təhsil və idman müəssisələrinin rolu böyükdür. Respublikamızda təhsillə bağlı qəbul edilən normativ hüquqi sənədlərdə tələbə-gənclərin şəxsiyyətinin formalaşdırılmasında fiziki tərbiyəyə xüsusi önəm verilir.
Məlum məsəlidir ki, Azərbaycan artıq beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsidir. İdmançılar hərtərəfli qayğı ilə əhatə olunur ki, bu da beynəlxalq yarışlarda daha böyük uğurlar əldə etməyə imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir.
İdmana göstərilən dövlət qayğısı, nəticə etibarilə gənclərdə vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. Vətənpərvərlik hisslərinin yüksək səviyyədə inkişafı ölkəmiz üçün ən vacib faktorlardan biridir.
Bir sıra yüksək səviyyəli yarışlara ölkəmiz ev sahibliyi etmişdir. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır. Dövlət başçımızın vaxtaşırı idmançılarla, idman mütəxəssisləri ilə görüşüb problemləri ilə maraqlanması, idman ictimaiyyətinin sevincinə səbəb olan sərəncamlar imzalaması, hər ilin sonunda qalibləri fəxri ad, mənzil və digər dövlət mükafatları ilə təltif etməsi idmançılarımıza çox böyük dəstək və diqqətdir. Yarışlarda idmançıların qələbə qazanmaqlarına təsir edən psixoloji faktorlardan biri də stresdir. Stres idmançının tam edə biləcəklərinin qarşısını alır. Bu da idmançının müsbət nəticə verməsinə birbaşa təsir göstərir. İdmançılarımızda yarışa hazırlıq dönəmində və yarışlarda stres tam aşağı səviyyədə, ya da tamamilə olmamalıdır. İdmançılarımız hər zaman yarışlarda iştirak edərkən stres altında deyil, dövlətimizin
onlara necə dəstək olub, inadıqlarını hiss etməli və böyük ruh yüksəkliyi, özünəinamlı şəkildə ölkəmizi layiqli şəkildə təmsil etməlidir. İdmançı ruhdan düşüb stresə girməmək üçün iradəli olmalı və yarışın sonuna qədər özünəgüvəni qoruyub saxlamalıdır. Bütün gücünü qarşıya qoyulan məqsədin yerinə yetirilməsinə səfərbər etməli, stres və həyəcana qalib gəlməlidir. Yarışlarda idmançı ən çətin situasiyada belə soyuqqanlılıq və təmkinliyi ilə stres hallarının qarşısını almış olur.
Description:
Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyatların xülasəsi -- II Fəsil. Stresi aradan qaldırılma yolları -- III Fəsil. Pedaqoji eksperimentin təşkili, keçirilməsi və nəticələri -- Nəticə -- İstifadə edilmiş ədəniyyat.