ASA E-Arxiv

Yeniyetmə voleybolçularda hərəki vərdişlərin formalaşdırılmasında müsbət "köçürmələrin" tədqiqi.

Show simple item record

dc.contributor.author Ələkbərov, Kamran
dc.date.accessioned 2023-12-20T07:34:03Z
dc.date.available 2023-12-20T07:34:03Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/92
dc.description Mündəricat -- Giriş -- I Fəsil. Ədəbiyyat mənbələrinin təhlili -- II Fəsil. Tədqiqatın nəticələrinin təhlili -- Nəticə və təkliflər -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Mövzunun aktuallığının əsaslandırılması. Məlum olduğu kimi fiziki tərbiyə prosesində həll edilən ən vacib vəzifələrdən biri də hərəki vərdişlərin formalaşmasıdır. Bu zaman ayrı-ayrı idman növləri üçün müvafiq vərdişlərlə yanaşı həyat üçün zəruri olan bacarıq və vərdişlər də formalaşdırılır. Bu vəzifələrin müsbət həlli ilk uşaq və yeniyetmələrin fiziki hazırlıq və fiziki inkişaf səviyyəsindən asılıdr. Fiziki hazırlıq prosesinin səmərəli olması üçün əsas şərt fiziki tərbiyənin kütləvi xarakter daşıması hesab olunur. Uşaq və yeniyetmələrin fiziki tərbiyəsinin təmin edilməsi üçün voleybol idmanının kifayət qədər böyük rolu var. Voleybol oyunu məktəblilərin fiziki tərbiyəsi üçün ən geniş yayılmış idman növlərindən biridir. Ona görə də yetişməkdə olan gənc nəslin fiziki tərbiyəsinin həyata keçirilməsi prosesinin daha səmərəli olması üçün məktəb proqramında voleybolun tədrisinə kifayət qədər yer verilir. Voleybolun fiziki tərbiyə vasitəsi daha da təkmilləşdirilməsi üçün UGİM-də və eləcə də KİC-də böyük işlər görülür. Voleybolun Olimpiya oyunlarının proqramına daxil edilməsi ölkəmizdə uşaq voleybolunun inkişaf etdirilməsi üçün mütəxəsislərin qarşısında yeni vəzifələr qoyulur. Bu vəzifələrin müsbət həll üçün bu sahədə müvafiq elmi-tədqiqat işlərinin aparılması və müasir dövrün tələblərinə cavab verən idman qurğularının olması zəruridir. Son illər bu məsələlərlə bağlı müəyyən irəliləyişlər olsa da bu prosesin daha mütəşəkkül olması üçün çox işlər görülməlidir. Son illər nədənsə voleybol məşğələlərinin təkmilləşdirilməsi məsələlərinə mütəxəsislər kifayət qədər diqqət yetirmirlər. Belə ki, yeniyetmələr voleybolçuların təlim məşğələləri ilə bağlı demək olar ki, elmi-tədqiqat işləri aparılmır. Nəşr olunmuş ədəbiyyatlar əsasən ali məktəblərdə voleybolun təşkil edilməsi üçün nəzərdə tutulmuşdur. Ədəbiyyat mənbələrini təhlil edərkən müəyyən etdik ki, xarici ölkələrdə uşaq və yeniyetmələrlə voleybol məşğələlərini aparmaq üçün kifayət qədər ədəbiyyat nümunələri mövcuddur. Bəzi müəlliflər uşaq voleybolunu inkişaf etdirməyin vacibliyini xüsusi olaraq qeyd edirlər. Lakin xarici ölkələrdə bu məsələ ilə bağlı müəyyən tədqiqat işləri aparılsa da onlar müasir dövrün tələblərinə tam cavab verə bilmirlər. Bizim seçdiyimiz mövzu da məhz bu problemdən irəli gəlir. Biz ilk növbədə məktəblilərlə aparılan voleybol məşğələlərinin tədris edilməsi üçün metodikanın tərtib edilməsinə cəhd etmişik. Yeniyetmələrlə aparılan voleybol məşğələlərinin aktual və kifayət qədər mürəkkəb bir proses olmasını nəzərə alaraq tədqiqat 11-13 yaşlı məktəblilər üzərində aparılmışdır. Tam məlumat əldə etmək üçün iki il müddətində həm müşahidə həm də eksperement aparılmışdır. Bir tədqiqat zaman əsas diqqəti məktəblilərdə fiziki keyfiyyətlərin inkişaf etdirilməsinə və oyun texnikasının mənimsənilməsinə yönəltmişdir. Sonra isə yaranan vəzi vərdişlərin müsbət “köçürülməsini həyata keçirmişik”. Bu zaman bir hərəki vərdişlərin formalaşması nəzəriyyəsinə və məktəblilərin yaş xüsusiyyətləri ilə bağlı məlumatlara istinad etmişik. Eyni zamanda vərdişlərin formalaşması və köçürülməsi ilə sıx əlaqə təşkil edən taktiki bacarıqların formalaşdırılması məsələləri də tədqiq olunmuşdur. Problem. Hal-hazırda xüsusi ədəbiyyatlarda vərdişlərin təkmilləşdirilməsi ilə bağlı kifayət qədər nəzəri məlumatlar var. Ayrı-ayrı mütəxəsislər hərəki qabiliyyətlərin və vərdişlərin formalaşdırılmasına aid ən müxtəlif təkliflər irəli sürmüşlər. Lakin vərdişlərin müsbət “köçürülməsi” ilə əlaqədar tətbiq edilən metod və vasitələr müasir voleybol oyunu üçün müəyyən edilmiş tələbata tam cavab vermir. Tədqiqat prosesində xüsusi ədəbiyyatların təhlili və məşqçilərlə aparılan sorğuların nəticəsində müəyyən edildi ki, müsbət “köçürülmənin” həyata keçirilməsi üçün ilk növbədə konkret hərəkət fəaliyyətinə uyğun olan texniki fəndlərin və hərəki qabiliyyətlərin mənimsənilmə prosesi müvafiq istiqamətə yönəldilməlidir. en_US
dc.language.iso az en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Voleybol en_US
dc.title Yeniyetmə voleybolçularda hərəki vərdişlərin formalaşdırılmasında müsbət "köçürmələrin" tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account