dc.description.abstract |
Tədqiqat işinin aktuallığı. İnformasiya mübadiləsinin tərəqqi etdiyi və sürətlə formalaşdığı hazırkı dövrdə Respublikamızda sosial-iqtisadi, elmi-mədəni, təhsil, turizm və digər sahələrdə gənclərin fəal iştirakının təmin edilməsi istiqamətində aparılan təbliğatlar vacib tələblərdəndir.
Dövrümüzdə dinamik şəkildə aktivləşən və beynəlxalq iqtisadiyyata inteqrasiya edən turizm sisteminin qurulması Azərbaycanda sosial həyatın başlıca məsələlərindən biridir. Ölkəmizdə inkişaf potensialı olan turizm növlərindən biri də idman turizmidir. İdman turizminin inkişafının dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də əksini tapmışdır.
Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri hesab edildiyindən idman turizminə üstünlük verilir. İdman turizmində ən böyük üstünlük turistlərin müasir şəkildə inşa edilən mərkəzlərə üz tutması, bura gələn idmançıları,turistləri dünya standartlarına uyğun binalarda, kompleks, zal və stadionlarda qarşılamaqla, eləcə də festival və beynəlxalq əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili ilə turistlərin sevimli məkanına çevrilib.
Ölkəmiz idman turizminin inkişafı üçün lazım olan tələblərə təbii sərvətlər baxımından, idman kompleksləri və infrastruktur cəhətdən cavab verir. Piyada gəzinti üçün nəzərdə tutlmuş marşurutlar, dağ turizmi, sepeloturizm (mağara turizmi), veloturizm, safari turizmi və digər idman növləri üzrə turizmin inkişafı üçün lazımi imkanlar mövcudur.
Təbiət abidələrinə və idman komplekslərinə təşkil olunan turlar fiziki rekresiya fəaliyyəti ilə bağlı olmaqla yanaşı idman turlarının təşkili – idman turizminin inkişafı üçün əlverişli şərait yaradır. Əksər hallarda təbiət abidələrindən idman turlarında istifadə edilməsi ərazinin coğrafi şəraiti ilə bağlıdır.
Respublika ərazisində ənənəvi idman növləri ilə birgə ekstremal idman növlərinin inkişafı da diqqətdə saxlanılır. Bu kimi idman növləri dünya miqyasında tanınır, turistlər və idman həvəskarları tərəfindən daha çox sevilir. Ekstremal idman növlərinin inkişafı diyarımıza yeni turistlərin cəlb olunmasını təmin edir. İdman turizminin bu istiqaməti təcrübəli və peşəkar təlimatçıların rəhbərliyi altında həyata keçirilməlidir.
Ümumtəhsil məktəblərində idman turizmi məşğələlərinin keçirilməsi uşaqların sağlamlığına, dünyagörüşünə, bilik, bacarıqların möhkəmləndirilməsi və inkişafına müsbət təsir edir. Bədən tərbiyəsi dərslərində tətbiq edilən idman turizm elementləri, təbii abidələr və idman komplekslərinə təşkil olunan turlar idman turizminin inkişafına, uşaqlarda bu idman növünə marağın artmasına səbəbiyyət yaradacaqdır.
İdman kompleksləri idmanın kütləviliyində və idman turizminin inkişafında mühüm rol oynayır. Uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi inkişafının təmin olunması sağlam gələcəyin təməlini qoyur. Bu istiqamətdə yaradılan əlverişli infrastuktur da mühüm rol oynayır. Sevindirici haldır ki, hazırda yeniyetmə və gənclərin peşəkar mütəxəssislərin köməkliyi ilə arzuladıqları idman növlərinin sirlərinə yiyələnmələri üçün ölkəmizdə hər cür şərait var. Paytaxt və bölgələrdə fəaliyyat göstərən idman kompleksləri də, yaradılan şəraitin göstəricisidir. Amma, əfsuslar olsun ki idman turizmi ümumtəhsil məktəblərinin marqaları siyahasında çox da, ön planda deyil. Bu problemi aradan qaldırmaq üçün biz sağlamlaşdırıcı məşğələlərdə idman turizminin təşkili, keçirilməsi və məzmunu ilə əlaqədar araşdırmalar aparıb əldə etdiyimiz yeniliklərin tətbiq etmək yollarını müəyyən etməyə çalışacağıq. |
en_US |