Abstract:
Mövzunun aktuallığı. İdmançıların məşqi – çox mürəkkəb və çoxtərəfli bir proses olub, orqanizmin bütün sistemlərinin iştirakı ilə həyata keçir. Boksçuların hazırlığı da mürəkkəb pedaqoji bir proses olduğundan bu idmanın növündə də yüksək nəticələrin əldə edilməsi bir çox elmi – metodiki, təşkilatı və pedaqoji xarakterli səyləri birləşdirir. Boksda məşqlərin qurulması məşqçilərdən özünün bacarıq və vərdişlərinin ümumiləşdirilməsinin və təcrübi biliklərindən maksimum istifadə edmiş olur. Məşqin gedişində, idmançıların funksional imkanlarının yüksəldilməsi üçün forma, vasitə, metod və səmərəli yanaşmalar boksçuların fizioloji imkanlarına adekvat yüklərin seçilməsi onlarda idman ustalığının daha da artmasına kömək edir. İdmançıların funksional hazırlığı problemi planlı, çoxfaktorlu bir proses olur, insan orqanizminin bioloji ehtiyyatlarından fərdi olaraq səfərbər olunmasına əsaslanır, bu zaman sınaqdan keçmiş müxtəlif fiziki, texniki, taktiki və psixoloji hazırlığın vasitələrindən və metodlarından istifadə olunur. Funksional hazırlığın əsas məqsədi - fiziki tərbiyə və idman məşqləri zamanı adaptasiya imkanlarının genişləndirməsi, idmançıların sağlamlığının qorunması və möhkəmləndirilməsidir.
Boksçularda fiziki iş qabiliyyəti onun funksional hazırlığının energetik komponenti olub, bütün fiziki keyfiyyətlərin inkişafı sayəsində inkişaf edir, spesifik yüklərin icrasına şərait yaranır, həm də onlarda sərf olunmuş energetik ehtiyyatların bərpası intensif gedir. Fiziki iş qabiliyyətinin səviyyəsi ilə bərpa proseslərin gedişi çoxillik məşq prosesində idman nəticəsini müəyyənləşdirir. Fiziki iş qabiliyyətinin hər dörd komponentlərinin inkişafı bir çox amillərdən asılı olur. Boksçunun yüksək fiziki və funksional hazırlığı, döyüşün keyfiyyəti, sürətli bərpa, güclü mübarizə, idmançının əldə etdiyi uğurları artırır. Muasir idmanda boks döyüşlərinin cəld və çevik, endirilən zərbələrin daha sürətli olması, bərpa proseslərini də sürətləndirən metod və vasitələrin axtarışını daha da vacib edir.
Tədqiqatın problemi. Boksçularda idman iş qabiliyyətinin təkmilləşdirilməsi onların hazırlıq prosesinin bütün sistemlərinin idarə olunmasının əsasını təşkil edir. Muasir dövrdə boksçuların hazırlıq prosesinin planlaşdırılması problemi qarşıda qoyulan məqsədin həll olunmasına yönəldilmiş planların sistemli şəkildə birləşdirilməsini tələb edir. Məhz belə yanaşmaların köməyi ilə yüksək nəticələrin əldə olunması qarşıda duran problem məsələlərinin həlli ilə mümkün olur. Elmi cəhətdən əsaslandırılmış məşqlərdə yüksək idman formasının əldə olunması dövründə orqanizmin funksional göstəriciləri, fiziki iş qabiliyyətinin səviyyəsi və OMS-nin ölçülməsinin təyin olunması və onların ümumiləşdirərək, meyyarlar qismində istifadə olunması üçün tədqiqatların aparılmasını aktuallaşdırır. Sadalanan bu parametrlər məşq yüklərinin icrası zamanı orqanizm hər bir yükün təsirini kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsinin aparılması ilə onların dozalaşdırılmasını tələb edir. Boksçuların fiziki yüklərə qarşı orqanizmin dözümlüyü və fiziki iş qabiliyyətinin yüksəldilməsi, funksional göstəricilərin öyrənilməsi problem olaraq qalır.