dc.description.abstract |
Mövzunun aktuallığı. Böyüməkdə olan nəslin estetik tərbiyəsi cəmiyyətin bütün mərhələlərində mühüm əhəmiyyət kəsb edir. Müasir cəmiyyətlə ayaqlaşmaq üçün yeniyetmələr insan ləyaqətini ucaldan bütün gözəl keyfiyyətlərə: bədii zövqə, mənəvi zənginliyinə, elmi təsəvvürlərə, hərtərəfli dünyagörüşə malik olmalıdır.
Bu baxımdan yeniyetmələnin estetik tərbiyəsində mühüm rol oynayan bütün iş formaları, onların tərkib hissələri nə qədər bir-birindən fərqlənsələr də qarşıda duran başlıca məqsəd birdir: cəmiyyət üçün ləyaqətli övlad yetişdirmək, onun estetik-mədəni səviyyəsinin yüksəldilməsinə nail olmaq, bəşəriyyətin qarşıya qoyduğu estetik tələbləri ödəmək, həyatın mənəvi-mədəni proseslərində fəal iştirak etmək və s. Sadaladığımız keyfiyyətlərə nail olmaq çox çətin olsa da uşaqların, o cümlədən yeniyetmələrin tərbiyəsində erkən yaşlarından bu mühüm məsələyə lazımi diqqətin yetirilməsi, onların estetik tərbiyəsinin istənilən məcrada, istiqamətdə formalaşmasında mühüm rol oynayır. Məlumdur ki, estetik tərbiyə insanların iradəsini, hiss və fikirlərini birləşdirir, onlara sevinc və fərəh bəxş etməklə bərabər, gözəlliyi anladır və eyni zamanda eybəcərliklərə qarşı nifrət yaradır. Yeniyetmələri məhz bu ruhda yetişdirmək, onları ən gözəl ideallarla yaşamağa sövq etmək bugünümüzün mühüm məsələlərindən biridir. Respublikamızda həm təhsil və həm də tərbiyə sahəsində həyata keçirilən əsaslı islahatlar prosesində bu problem həmişə diqqət mərkəzində olmuşdur və bu gün də xüsusi diqqət mərkəzindədir.
“Azərbaycan Respublikasının Təhsil sahəsində islahat proqramı”nda deyilir:
“Təlim-tərbiyənin meyl, maraq, istedad və qabiliyyət əsasında qurulmasını təmin edən təmayüllərə uyğun olaraq ayrı-ayrı fənlər, habelə fənlərin inteqrativ kursları üzrə çoxvariantlı tədris proqramlarını hazırlamaq;
İstedadlı şagird və tələbələrin aşkara çıxarılması və istedadlarının inkişaf etdirilməsi üçün fərdi tədris planı və proqramları hazırlamaq. Həmin gənclərin ardıcıl olaraq respublikadaxili və beynəlxalq olimpiadalarda, müsabiqələrdə, konfranslarda və digər tədbirlərdə geniş iştirakını təmin etmək” (10, s. 21)
Milli təhsil sistemimizin inkişaf yollarını göstərən bu mötəbər sənəddə irəli sürülən, qarşıya qoyulan təxirə salınmaz vəzifələrin yerinə yetirilməsində fiziki tərbiyə vasitələrinin də özünəməxsus rolu, mövqeyi və yeri vardır. Fiziki tərbiy eyni zamanda yeniyetmə məktəblilərin estetik tərbiyəsinin mühüm vasitəsi kimi böyük əhəmiyyət kəsb edir. |
en_US |