dc.description.abstract |
Aktuallıq. Müasir utbolda yüksək dərəcəli hakimliyə nail olmaq, hakim korpusunun səmərəli hazırlığı olmadan mümkün deyil. Təcrübə göstərir ki, futbol hakimlərinin fəaliyyətinin səmərəliliyi əsasən onların fiziki vəziyyətindən asılıdır. Bacarıqlı və təcrübəli hakim, zəif fiziki hazırlığı səbəbindən ləng hərəkət edərsə, idman meydançasında baş verən müəyyən oyun anlarını qeyd edə bilməz və heç vaxt hakimlikdə yüksək nəticə əldə edə bilməyəcək. Futbol oyununu idarə edərkən hakimlər tərəfindən sürət və sürət dözümlülüyün göstərməsi onların peşəkar bacarıq və qabiliyyətlərinin tam şəkildə həyata keçirməsinə kömək edir (А.В. Попов, В.С. Васильева, А.А. Бобрищев, 2017)
Ədəbiyyat mənbələrin öyrənilməsi və oyun idman növlərində idman hakimlərinin idman praktikasının təcrübəsinin ümumiləşdirilməsi, onların fərdi fiziki hazırlıq səviyyələrinin artırılmasının həll olunmamış məsələlərinə dəlalət edir (И. Брумер, 1961; В.С. Васильева, А.В. Попов, 2017; М. Григорьев, М. Давыдов, 1995; М.А. Давыдов, 1983,.1986; Ф.Б. Дмитриев, 2015; С.Г. Фомин, 1999; С.В. Чернов, 2009; Т.Г. Чопико, С.М. Березка, 2015 и др.)
Bir çox istedadlı futbol hakimləri fiziki hazırlığın tələb olunan standartlarını keçə bilmirlər. Bundan əlavə, təcrübə göstərir ki, yaş artdıqca futoll hakimlərinin öz hakimlik üslubu yaranır, hakimin bilik, bacarıq və qabiliyyətləri yaxşılaşır, lakin orqanizmdə yaşla əlaqədar baş verən dəyişikliklər səbəbindən fiziki hazırlıq səviyyəsi aşağı düşür. Yuxarıda göstərilənlərin hamısı onların hakim karyerasına və futbol oyunlarını idarə etmək keyfiyyətinə mənfi təsir göstərir.
Müasir metodoloji və elmi ədəbiyyatda, futbol hakimlərinin bilik səviyyələrinin və hakimlik bacarıqlarının artırmaq məqsədilə daha ətraflı metodlar işlənib hazırlanmışdır. Eyni zamanda, hakimlik təcrübəsinə fiziki hazırlığın yüksək səviyyədə saxlanılması üçün fərdi təlim vasitələrinin və metodlarının əsaslandırılmasına kifayət qədər diqqət yetirilmir. Elmi tədqiqatların və metodiki tövsiyələrin mövcud nəticələri, futbol hakimlərinin orqanizminin fərdi xüsusiyyətlərini və hakimlik zamanı fiziki yüklərə dözümlüyünü nəzərə almadan ümumi xarakter daşıyır. Bu arada, fərqli yaşda olan futzal hakimlərinin fərqli fiziki hazırlıq səviyyələri var. Hakimlik zamanı hər bir
hakim fiziki yüklərə qarşı öz xüsusiyyətlərinə malikdir. Hakimlərlə planlı və sistemli futbol dərsləri keçirilmir. Buna görə də, futbol hakimlərinin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi probleminin həlli hər şeydən önəmlidir.
Hazırda futol hakimlərinin fiziki hazırlıq səviyyəsinin artırılmasına kifayət qədər diqqət yetirilir. Təcrübə göstərir ki, bədən tərbiyəsi vasitələrinin istifadəsi hakimlər arasında təkcə fiziki keyfiyyətlərin inkişafında deyil, həm də onların hakimlik təcrübəsinin effektivliyinin artırılmasında mühüm rol oynayır. Məşqlər zamanı böyük fiziki yüklərin təsiri altında futoll hakimlərinin orqanizminin ehtiyat imkanları genişlənir, hakim səhvlərinin sayı azalır. Yuxarıda göstərilənlərin hamısı ümumiyyətlə hakimliyin səmərəliliyinin və keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir. |
en_US |