dc.description.abstract |
Mövzunun aktuallığı. İdman praktikasında samboçuların idman məşqinin bünövrəsi yeniyetməlik və gənclik dövrlərində qoyulur. Yeniyetmə samboçuların fiziki hazırlığı xüsusi texniki vərdişlərin formalaşması üçün baza rolunu oynayır [18,s.23; 54, s.270; 55, s.22; 66, s.480; 68, s.106; 70, s.112].
Yeniyetmə samboçuların hazırlığının müasir sistemində yaranan maraq ona olan marağın artması, populyarlaşmasıdır. Bu da güləşin bu növünə olan yanaşmanın dəyişilməsinə, bu sahədə olan nəzəri və praktik xarakterli ədəbiyyatların, proqramların yenidən nəzərdən keçirilməsinə, onların son dövrlərin elmi – tədqiqat işlərinin nəticələri ilə əlaqələndirilməsini tələb edir. Bu sahədə əsas əhəmiyyəti illik hazırlıq dövrünün ayrı – ayrı mərhələlərində tətbiq olunan məşq yüklərinin istiqamətinin nisbəti, onlardan yeniyetmələrin fiziki hazırlığının formalaşmasında oynadığı rolun tibbi – bioloji cəhətdən əsaslandırılmasıdır. Ona görə də, samboçuların məşqinin gedişində tətbiq olunan yüklərin yaratdığı dəyişikliklərin fizioloji göstəricilərinin təyini məşqin qarşısında duran əsas məsələlərin həllində ortaya çıxan problemlərin, məsələlərin tələb etdiyi düzəlişlərin aparılmasının, məşqin yaratdığı effektin dinamikasının nəzarət altında saxlanılmasına kömək edir. Başqa sözlə, məşq prosesinin idarə olunmasında tibbi – bioloji yanaşmadan istifadə etməklə məşqin səmərəliliyini bir daha aktuallaşdırır [35, s.21; 50, s.208; 51, s.21; 60, s.22].
13 – 14 yaşlı yeniyetmə samboçuların qüvvə hazırlığı planlaşdırılan zaman yüksək idman nəticələrin əldə olunması vacib baza rolunu oynayır. Sistematik məşqlərdə iştirak edən 13 – 14 yaşlı samboçularda dayaq – hərəkət, funksional sistemlərdə inkişaf dinamikası müşahidə olunur. Bu qrupdan olan idmançıların müxtəlif istiqamətli qüvvə hazırlığının həyata keçirilməsi üçün tətbiq olunan məşq yüklərinin funksional sistemlərdə yaratdığı dəyişikliklərin öyrənilməsi böyük təcrübi əhəmiyyət daşıması da mövzunun aktuallığını bir qədər də artırır. Yeniyetmə samboçuların müxtəlif istiqamətli qüvvə hazırlığının morfoloji və funksional göstəricilərinin dinamikasında yaratdığı dəyişikliklərin idman fiziologiyasında
təcrübi materiala olan ehtiyacı ödəmək üçün onların müəyyən olunması güləşçi hazırlığı prosesində aktual məsələlərdən olaraq qalmaqdadır. |
en_US |