dc.description.abstract |
Müstəqil Azərbaycan Respublikasının gələcəyi olan uşaq və gənclərin daha sağlam və savadlı olmasını, təhsil və idman sahəsində uğurlar qazanmasını bir dövlət lahiyəsi olaraq həyata keçirmək məqsədi ilə ölkə Prezidenti və eyni zamanda MOK Prezidenti İ.Əliyev Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı imzaladı. Brena müvafiq olaraq ümumitəhsil sistemində aparılan islahatlar tədris prosesini daha keyfiyyətli və dinamik olmağa zəmin yaratdı. Ümumitəhsil məktəblərinin bütün siniflərində tədris olunan fiziki tərbiyə fənninin Dövlət Standartlarına uyğun olaraq tədris olunmasına və şagirdlərdə hormonik fiziki inkişafın təmin olunmasına nail olmaqdır. Şagirdlərdə mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin formalaşmasının, orqanizmin sağlamlığının vasitə və metodları eləcədə, hərəki qabiliyyətlərin icra üsullarından istifadə formalarını özündə əks etdirir. Fiziki tərbiyə bir pedaqoji proses kimi özündə təkcə böyüyən nəslin orqanizminin düzgün inkişaf üçün zəruri olan tibbi-bioloji qanunauyğunluqları həyata keçirməklə deyil, eləcədə fiziki yükün tətbiqi ilə baş verən dəyişiklikləri nəzarətdə saxlamaq kimi vəzifəsinidə icra etmiş olur. İlkin fiziki hazırlığını ailədə, onun davamını məktəbə qədər tədris müəssisələrində, planlı və proqramlı fiziki tərbiyə dərsləri olaraq ibtidai təhsil səviyyəsini ümumitəhsil məktəblərinin ibtidai siniflərində fiziki tərbiyə dərslərində almış olurlar. İbtidai siniflərdə keçirilən fiziki tərbiyə dərsləri 1-3 sinif şagirdlərinin baza fiziki hazırlığını həyata keçirilməsinin, sadə hərəki bacarıq, vərdişlərin, mənəvi-iradi xüsusiyyətlərin formalaşmasını nəzərdə tutur. İbtidai təhsil səviyyəsi şagirdlərdə ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafına yönəlmiş, eyni istiqamətli oyunlar, hərəkət komplekslərindən məqsədli istifadə edilməsini həyata keçirməkdən ibarətdir. Fiziki tərbiyə dərsləri mürəkkəb hərəki qabiliyyətlərin, çeviklik, bədənin əyilməsi, sürətin inkişafı üçün dərslərin bu qabiliyyətlərin tərkib komponentlərinin inkişafı üzərində qurmasını həyata keçirməlidir. Fiziki tərbiyə dərslərində şagirdlər fərdi, kollektiv hərəki fəaliyyət prosesində mövcud oyun qaydalarına riayət etmək hisslərini formalaşdırmalıdırlar. Kollektiv arasında ünsiyyət qurmaq bacarığını formalaşdırmaq birgə hərəki fəaliyyət
prosesində əməkdaşlığa çevrilməsinin təmin edilməsini həyata keçirmək fiziki tərbiyə dərsləri vasitəsilə həyata keçirilməlidir. Şagirdlərin əsas sağlamlıq vərdişlərinə yiyələnməsini, gün rejiminə əməl edilməsini, dərslərin oyun formasında keçirilməsinin zəruri olduğuna inanmasını, dərs prosesində bütün hərəki qabiliyyətlərin formalaşmasında bir fərdi olaraq iştirak etməsinin təmin olunmasını qəbul etməsinə inandırmaq lazımdır. |
en_US |