dc.contributor.author |
Cəfərov, Əjdər |
|
dc.date.accessioned |
2023-12-15T11:47:29Z |
|
dc.date.available |
2023-12-15T11:47:29Z |
|
dc.date.issued |
2022 |
|
dc.identifier.uri |
http://hdl.handle.net/123456789/81 |
|
dc.description |
Mündəricst -- Giriş -- I Fəsil.Məktəbyaşlı uşaqların fiziki inkişaf və fiziki hazırlıq problemləri -- II FƏsil. Dərsdənkənar atletika məşğələlərinin VII-VIII sinif şagirdlərinin fiziki inkişaf səviyyəsinə göstərdiyi təsirlərin müəyyən edilməsi -- II Fəsil.Atletika məşğələlərinin təsiri ilə məktəblilərdə fiziki hazırlığın formalaşmasının səmərəliliyinin eksperimental şəkildə yoxlanılması -- Nəticə -- İstifadə edilmiş ədəbiyyat. |
en_US |
dc.description.abstract |
Aktuallıq. Hal-hazırda böyüməkdə olan gənc nəslin fiziki hazırlıq və fiziki
inkişafının təmin edilməsi dövlət səviyyəsində həll edilməli olan ən aktual
problemlərdən biri hesab olunur. Çünki son zamanlar məktəblilərin fiziki tərbiyəsi ilə
bağlı aparılan tədqiqatların nəticələri göstərir ki, hal-hazırda məktəbyaşlı uşaqların
fiziki hazırlıq və fiziki inkişaf səviyyələri müasir dövrün tələblərinə cavab vermir. Bu
problemin yaranması bir sıra əsaslandırılmış səbəblərdən irəli gəlir. Məlum olduğu
kimi, gənc nəslin fiziki hazırlıq və fiziki inkişafının bünövrəsi bilavasitə ümumtəhsil
məktəblərində qoyulur. Ona görə də böyüməkdə olan gənc nəslin fiziki inkişaf
problemlərinin həll edilməsi haqlı olaraq ən vacib sosial-pedaqoji vəzifələrdən biri
hesab olunur.
Məktəblilərin sağlamlıqlarının möhkəmləndirilməsi üzrə təşkil olunan ən
perspektivli istiqamətlərdən biri də onların fiziki inkişaf və fiziki hazırlıqları üzərində
kompleks şəklində aparılan monitorinq hesab olunur. Elmi cəhətcə əsaslandırılmış və
düzgün tərtib edilmiş monitorinq sistemi məktəblilərin fiziki sağlamlığını təhlil etmək,
qiymətləndirmək və proqnozlaşdırmaqla yanaşı həm də bu prosesin daha da
təkmilləşdirilməsi istiqamətinə yönəldilən korreksiyaedici proqramların tərtib edilməsi
üçün əlverişli imkanlar yaradır.
Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi üçün müxtəlif rasional hərəkət
rejiminin və sağlamlaşdırıcı fiziki hərəkətlərin tətbiq olunması xüsusi əhəmiyyət kəsb
edirlər. Bu tipli hərəkətlərdən istifadə edərkən təlim prosesinə olan tələbatlar və
məktəblilərin fiziki keyfiyyətlərinin inkişaf qanunauyğunluqları nəzərə alınmalıdır.
Maddi-texniki bazası zəif olan məktəblərdə fiziki tərbiyə təliminin düzgün təşkil
edilməsinə xüsusi diqqət yetirmək lazımdır. Çünki fiziki tərbiyə təlimində şəraitin
mövcud tələblərə cavab verməməsi inkişafda olan orqanizmin formalaşmasına mənfi
təsir göstərir.
Maddi-texniki bazası zəif olan məktəblərdə şagirdlərin fiziki hərəkət və fiziki
inkişaf səviyyələrinin aşağı olmasında əsas səbəb şəraitin müasir tələblərə cavab
verməməsi olsa da, məşğələlərin düzgün təşkil edilməsindən də çox şey asılıdır. Bu
prosesin daha səmərəli keçirilməsi üçün fiziki tərbiyə müəllimlərinin valideynlərlə
əlbir fəaliyyət göstərmələrinin böyük əhəmiyyəti vardır. Tədqiqat mövzusunun
seçilməsi, məhz, yuxarıda qeyd edilən aktual problemlərin müəyyən edilməsi ilə
bağlıdır. Tədqiqat Bakı şəhərində yerləşən "Ankara məktəb" məktəb-liseyi və Nizami
rayon 251 saylı orta ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri üzərində
nəzarət aparmağın əsasında həyata keçirilmişdir.
Tədqiqatın məqsədi. VII-VIII sinif şagirdlərinin fiziki inkişaf səviyyəsinin
öyrənilməsi və əlavə olaraq keçirilən atletika məşğələlərinin vasitəsi ilə məktəblilərin
fiziki inkişaf və fiziki hazırlıq səviyyələrinin yüksəldilməsinin eksperimental yolla
yoxlanılması. |
en_US |
dc.language.iso |
az |
en_US |
dc.publisher |
Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) |
en_US |
dc.subject |
Sport |
en_US |
dc.subject |
Sport science |
en_US |
dc.subject |
İdman |
en_US |
dc.subject |
İdman elmləri |
en_US |
dc.subject |
Atletika |
en_US |
dc.title |
Dərsdənkənar atletika məşğələlərində VII-VIII sinif şagirdlərinin fiziki hazırlığının artırılmasının tədqiqi |
en_US |
dc.type |
Dissertation |
en_US |