ASA E-Arxiv

Şose velosipedçilərinin sürət-güc hazırlığının təkmilləşdirilməsinin tədqiqi.

Show simple item record

dc.contributor.author Babayev, Baba
dc.date.accessioned 2023-12-14T07:56:28Z
dc.date.available 2023-12-14T07:56:28Z
dc.date.issued 2022
dc.identifier.uri http://hdl.handle.net/123456789/78
dc.description Mündəricat -- Giriş -- I Fəsil.Ədəbiyyat mənbələrinin təhlili -- II Fəsil. Tədqiqat işinin məqsədi, vəzifələri, metodları, tədqiqat işinin təşkili və keçirilməsi -- III Fəsil. Velosipedçilərin sürət-güc hazırlığının inkişaf etdirilməsi və təkmilləşdirilməsi metodikasının tədqiqi -- Nəticələr -- Təkliflər -- İstifadə edilmiş ədəbiyyat. en_US
dc.description.abstract Tədqiqatın aktuallığı. Hazırki dövrdə yüksək dərəcəli velosipedçilərin hazırlaşmasında yeni təkmilləşdirilmiş, səmərəli metodların tədqiqi mütləqdir. Velosiped idmanında uğurlu nəticələr əldə olunmasında mühüm amillər sayılan velosipedçilərin hazırlıq fəaliyyətinin məqsədə uyğun şəkildə əvvəlcədən praqnozlaşdırılması, planlaşdırılması və idmançıların məşq prosesinə tətbiqidir. Məşq prosesində yeni üsulların və metodların başlıca təsiri və effektivlik səviyyəsinin təyin olunması mühüm amillərdən biridir. İndiki zamanda yüksək dərəcəli şosse velosipedçilərin hazırlanması prosesi yeniliklərin axtarılmasını və bunların təkmilləşdirilməsinin yeni forma, vasitə və metodlarına yönəldilməsini tələb edir. Məşq prosesi zamanı xüsusi fiziki hazırlığın təkmilləşdirilməsi üçün tətbiq edilən müxtəlif metodlar velosipedçinin müvəffəqiyyət əldə edilməsinin başlıca amillərindən hesab olunmaqla aktual problemə çevrilmişdir. Müasir dövrdə velosiped idmanın inkişafı elə səviyyədədir ki, müxtəlif miqyaslı yarışlarda qalib gəlmək üçün velosipedçilər böyük həcmli və yüksək gərginlikli məşq yüklərini yerinə yetirmək məcburiyyətindədirlər. Son 15-20 ildə şosse velosipedçiləri tərəfindən göstərilən orta yarış sürəti 29-30 % artmışdır (39 km/saatdan 49-52 km/saata çatmışdır). Orta yarış sürətinin artmasına məşq yüklərinin intensivliyinin və şiddətinin yüksəlməsi, idman avadanlığının keyfiyyətinin yaxşılaşması, məşq metodikasının təkmilləşdirilməsi və velosipedçilərin məşqində böyük gərginlikli fiziki yüklərin yerinə yetirilməsi səbəb olmuşdur. İndiki zamanda veloyürüşçülərin birillik məşqlərində ümumi kilometraj 26-28 min kilometrə bərabərdir. Bunun 12-14 min km. yüksək gərginlikli məşq yükü, o cümlədən, şosse və trekdə 60-65 yarış startları təşkil edir. Veloidmanın təcrübəsində məşq prosesinin ümumi göstəriciləri müntəzəm olaraq qeydə alınır (məşq yükünün həcmi, şiddəti, intensivliyi və yarış dövründə fiziki hazırlığa ayrılan vaxt, şossedə qət edilmiş kilometrajın miqdarı və gərginliyi və i.x.). en_US
dc.language.iso az en_US
dc.publisher Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) en_US
dc.subject Sport en_US
dc.subject Sport science en_US
dc.subject İdman en_US
dc.subject İdman elmləri en_US
dc.subject Velosiped idmanı en_US
dc.title Şose velosipedçilərinin sürət-güc hazırlığının təkmilləşdirilməsinin tədqiqi. en_US
dc.type Dissertation en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search E-Arxiv


Browse

My Account