dc.description.abstract |
Mövzunun aktuallığı. Vətən müharibəsində 44 günlük gərgin döyüşlər zamanı
gənclərimizin göstərdiyi ağılasığmaz şücaət bir daha sübut etdi ki, onların vətənə,
torpağa bağlılığı hansı səviyyədədir. Ölümün gözünə dik baxan gənclərimiz əzmlə və
mərdliklə özlərini odun-alovun qucağına atdılar. Onlar mənfur düşmənin illərdi
yaratdığı mifalogiyasını, vətəninə sevgilərinin gücü ilə darmadağın etməyi bacardılar.
İkinci Qarabağ müharibəsində ölkəmizin qalib olması bir daha sübut etdi ki,
məktəblərdə pedaqoji tərbiyə zamanı gənc şagirdlərdə vətənpərvərlik hisslərinin
aşılanması yüksək səviyyədə aparılmışdır. Lakin bu şanlı qaləbəmiz bizi heç bir halda
arxayınlaşdırmağa sövq etməməlidir. Çünki, düşmən məğlub olub ancaq hələdə tam
məhv edilməyib.
Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanması məsələsi fiziki
tərbiyə dərslərində xüsusilə yuxarı sinif şagirdlərin dahada diqqət mərkəzində
olmalıdır. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində
mütləq yer almalıdır. Orta məktəblərdə vətənpərvərlik milli şüur tərbiyəsində aktual
problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər
hər zaman keçirilir. İctimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin
vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir
gücünə malikdir. Vətənpərvərlik, vətənin tarixini öyrənməkdə, sərhədlərini
qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl
etməkdə ifadə olunur.
Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ümumi vəzifəmiz,
onlarda vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq
hislərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.
Fiziki tərbiyənin tədrisi qarşısında qoyulan əsas məqsədlərdən ən əhəmiyyətlisi
öz vətənini, xalqını, millətini sevən, fiziki cəhətdən hazırlıqlı, nümunəvi davranışa
malik, mübariz və tolerant insan tərbiyə etməkdir. Səmərəli qurulmuş fiziki tərbiyə
prosesi qeyd olunan məqsədlərin həyata keçirilməsi üçün zəruri şəraitin
yaradılmasına imkan verir. Kiçik kollektivin, komandanın mənafeləri uğrunda mübarizə sonda vətənpərvərliyə, yoldaşları ilə ünsiyyət-əməkdaşlığa, oyun qaydalarına riayət və rəqibə hörmət – tolerantlığa, rəqabət və qalib gəlmək ehtirası –
mübarizliyə, ani qərar qəbul etmək və onu reallaşdırmaq – qətiyyət xüsusiyyətləri
kimi formalaşdırılır. |
en_US |