| dc.description.abstract | 
Mövzunun aktuallığı. Əhalinin, xüsusilədə, onun çox həssas hissəsini təşkil edən gənclərin və tələbələrin sağlamlığının qorunması, dövlətimizin milli təhlükəsizliyinin, əhalinin rifah halının yüksəldilməsinin ən öndə vəzifələrindən hesab olunmaqdadır. Bu istiqamətdə aparılan işlər böyüdükcə, inkişafda olan əhalinin sağlam 
və harmonik inkişafına, təhsilinə və sosial-iqtisadi vəziyətinin yüksəldilməsinə
yönəldilir. Qeyd etmək lazımdır ki, gənclər cəmiyyətin dinamik aparıcı qüvvəsidir, 
onların əməyi intelektüal fəaliyyətin özünə məxsus formasıdır, o daim artan 
informasiya yüklərinin təsirinə məruz qalır. Lakin təsir edən amillər həmişə onların 
funksional imkanlarına adekvat olmur, onlarda bir sıra xroniki xəstəliklərin 
proqresivləşməsinə və hətta patoloji vəiyyətə gətirib çıxarır, bu da hərəkət aktivliyinin 
azalması (hipokineziya) şəraitində özünü daha kəskin biruzə verir. Hərəkət aktivliyinin 
azalması həddən artıq psixoloji-emosional halların artmasına, təlim və istirahət 
rejiminin pozulmasına şərait yaradır. Onuda qeyd etmək lazımdır ki, hipokineziya 
halları bir tərəfdən multipatogen amil kimi təsir göstərərək bir sıra qeyri-infeksion, 
xroniki xəstəliklərin inkişafına təkan verdiyi halda, digər hallarda isə hərəkət aktivliyi 
multi sanogen təsir göstərərək, bir çox xəstəliklərin profilaktikasında və patoloji 
prosseslərin korreksiyasında (xususi ilə ürək-damar və tənəffüs sistemi xəstəliklərində)
uğurla tətbiq olunmaqdadır. Hərəkət aktivliyinin məhdudluğu səbəbindən əhalinin ən 
çox əzab çəkdiyi xəstəliklərin məhz fiziki hərəkətin müalicəvi təsirinin köməyi ilə
aradan qaldırmaq olur (müalicə bədən tərbiyəsində istifadə olunan hərəkətlər) .Fiziki 
hərəkətlərin normal fizioloji ölçülər çərçivəsində icra olunması sağlamlığı 
möhkəmləndirir, orqanizimə profilaktik təsir göstərir. Ona görə də gənc nəslin fiziki 
tərbiyə vasitələri ilə sağlamlığının uşaqların qorunması və monitorinqinin sistematik 
aprarılması problemi aktual bir məsələ olaraq qalır.
Tədqiqatın problemi. XXI əsrin əvvəllərindən başlayaraq dünyada və
həmçinin də ölkəmizdə baş verən sosial-iqtisadi dəyişiliklər və kompyuterləşdirmə
cəmiyyətin bütün təbəqələri kimi uşaq və yeniyetmələrdən də yan keçməmiş və öz 
kəskin təsirini onlara da göstərmişdir. Nəticədə yaranan hərəkətsizlik uşaqların həm morfofunksional vəziyyətində, bu həm də onların fiziki inkişafına, sağlamlığına da təsir edir. Morfofunksional status isə orqanizmin morfoloji və funksional 
xüsusiyyətlərini əks etdirir, onun quruluşunun fərdi xüsusiyyətlərini, ətraf mühitin 
təsiri altında dəyişilməsini (əsasən də təlim-tərbiyə mühiti), reaktivliyini və
rezistentliyini müəyyən edir və bunlar da sistemogenez (P.K.Anoxin) mövgeyindən 
nəzərədən keçirilməlidir. Digər tərəfdən isə, təsirin polifaktorluğu nəzərə alınmalı, 
fərdin, şəxsiyyətin inkişaf proqramı ilə şərtlənməlidir: genetik (bioloji); sosial və
ontogenetik. Bu zaman ontogenetik inkişaf genetik (bioloji) və sosial proqramın 
nəticəsində formalaşır. Belə yanaşma orqanizmin morfoloji və funksional vəziyyətinin 
parametrlərinin geniş miqyasda dəyişilməsini göstərir, cinsi, yaş və digər meyyarlara 
görə morfoloji tiplərə ayrılmasının vacibliyini göstərir. | 
en_US |