dc.contributor.author |
Cəfərova, Arzu |
|
dc.date.accessioned |
2023-12-06T07:12:03Z |
|
dc.date.available |
2023-12-06T07:12:03Z |
|
dc.date.issued |
2022 |
|
dc.identifier.uri |
http://hdl.handle.net/123456789/74 |
|
dc.description |
Mündəricat -- Giriş -- I Fəsil. Ədəbiyyat mənbələrinin təhlili -- II Fəsil.11-12 yaşlı qızlarla aparılan voleybol məşğələlərində ilkin hazırlıq mərhələsinin məzmun xüsusiyyətləri -- III Fəsil.11-12 yaşlı qızlarla voleybol oyununun texniki fəndlərinin ilkin təliminin metodikasının eksperimental qaydada əsaslandırılması -- Nəticə və təkliflər -- İstifadə edilmiş ədəbiyyat. |
en_US |
dc.description.abstract |
Mövzunun aktuallığının əsaslandırılması. Müasir voleybol oyununda
idmançıların fiziki göstəriciləri arasında ən vacib amillərdən biri də boy hesab olunur. Son illər voleybolçular üçün müəyyən olunmuş orta boy göstəriciləri xeyli artmışdır.
Belə ki hal-hazırda ustalardan ibarət qadın komandalarına qəbul edilən idmançıların
boyu təxminən 180-185 sm müəyyən edilmişdir.
Hal-hazırda idman məktəblərində aparılan seçmə prosesində boy amilinə xüsusi
diqqət yetirilir. Uşaq-Gənclər İdman məktəbləri və İxtisaslaşdırılmış Olimpiya
Ehtiyyatları Uşaq-Gənclər İdman məktəblərinin Nümunəvi Əsasnaməsində göstərilir
ki, voleybol ilkin hazırlıq qruplarına qəbul 9-10 yaşlarından başlanır. Lakin təcrübə
göstərir ki, hazırlıq qruplarına bəzən 11-12 yaşlı perespektivli qızlar da qəbul edilir.
Bu onunla izah edilir ki, 9-10 yaşlı qızların boy artımının düzgün proqnozlaşdırılması
ehtimalı çox azdır. 11-12 yaşlı qızların bədən quruluşunun əsasında
proqnozlaşdırılmanın dəqiq aparılması ehtimalı daha böyükdür. Yəni bu o deməkdir
ki, 11-12 yaşlı yeniyetmə qızların boylarının gələcəkdə 185 sm və daha çox olmasının proqnozlaşdırılması daha asandır.
Qızların voleybol məşğələlərinə 11-12 yaşlarında başlaması idman hazırlığı
proqramının tələblərinə cavab vermir. Çünki, voleybol idmanında qızların ilkin
hazırlıq mərhələsinə 9-10 yaşlarında başlamaları daha məqsədəuyğundur. Bu məsələ ilə bağlı kifayət qədər elmi araşdırmalar aparılmışdır. 11-12 yaşlı qızlarla aparılan voleybol məşğələləri Uşaq-Gənclər İdman məktəblərində təlim-məşq mərhələsinin ikinci tədris ili üçün nəzərdə tutulur. Buna görə də hal-hazırda 11-12 yaşlı yeniyetməqızların ilkin təlimi üçün texniki fəndlərin öyrədilməsi ilə bağlı xüsusi metodikaların tərtib edilməsinə böyük ehtiyac var. Metodika elə hazırlanmalıdır ki, 11-12 yaşlı yeniyetmə qızlar təlimin ilkin mərhələsi üçün nəzərdə tutulmuş texniki hazırlıq proqramını tez bir zamanda mənimsəyə bilsinlər.Beləliklə bu məsələnin həll edilməsində əsas problem 11-12 yaşlı perespektivli qızların ilkin təlimi üçün müəyyən edilmiş öyrədilmə metodikalarının müasir dövrün tələblərinə uyğun gəlməməsidir. Yəni voleybol texnikasının öyrədilmə metodikaları 5 kifayət qədər təkmilləşdirilməmişdir. Bunun əsas səbəbi odur ki, əksər hallarda
məşqçilər idman məşqinin ardıcıllıq prinsipinə əməl etmirlər.
Bu məsələnin elmi problemi ondan ibarətdir ki, voleybol oyununda hərəkət
texnikasının ilkin təlimini həyata keçirmək üçün elmi müddəaların mahiyyəti haqqında
kifayət qədər məlumat yoxdur.
Buna görə də yeniyetməlik dövründə təlimin metodikalarını tərtib edərkən elmi
biliklərin istifadə edilməsi zəruridir |
en_US |
dc.language.iso |
az |
en_US |
dc.publisher |
Azerbaijan State Academy of Physical Education and Sport (ASAPES) |
en_US |
dc.subject |
Sport |
en_US |
dc.subject |
Sport science |
en_US |
dc.subject |
İdman |
en_US |
dc.subject |
İdman elmləri |
en_US |
dc.subject |
Fiziki tərbiyə |
en_US |
dc.title |
11-12 yaşlı voleybolçu qızlarda icra texnikasının formalaşdırılması zamanı xüsusi hərəkətlərdən istifadənin tədqiqi |
en_US |
dc.type |
Dissertation |
en_US |