dc.description.abstract |
Tədqiqatın aktuallığı. Vətənpərvərlik tərbiyəsi müstəqil vətənimizi müdafiə etməyə hazır olmaq, vətənin yolunda qüvvə və bacarığını sərf etmək, lazım gəldikdə hətta canından keçmək keyfiyyətlərinin formalaşması kimi əsas mahiyyət daşıyır.
Müstəqil Azərbaycan dövlətini qoruyub saxlamaq və inkişaf etdirmək, onun
sivil dövlətlər arasında öz yerini tutmasına nail olmaq üçün gəncləri vətənpərvərlik
hissləri əsasında tərbiyə edən vasitələrdən biri də fiziki tərbiyə dərsləri və dərsdənkənar
tədbirlərdir. Şübhəsiz ki, bir çox əməli vərdişlər, vətənpərvərlik hissləri yeniyetməlik
və ilk gənclik dövrlərindən formalaşır. Bu gün fiziki tərbiyə müəllimlərinin qarşısında
ilkin gənclik dövrünə qədəm qoyan yuxarı sinif şagirdlərində vətənpərvərlik
tərbiyəsinin formalaşdırılması başlıca problem kimi durmalıdır.
Tədqiqatın problemi. Apardığımız müşahidələr göstərir ki, bu istiqamətdə
müəyyən işlər görülmüşdür. Lakin bu heç də müasir tələblərə cavab verən səviyyədə
deyil. Müşahidələrimizdən aydın oldu ki, yuxarı sinif şagirdlərinin əsl vətənpərvərlər
kimi tərbiyə olunmasında bəzi çatışmamazlıqlar mövcuddur. Bu çatışmamazlıqlara:
məktəblərdə lazımi səviyyədə vətənpərvərliklərlə bağlı tədbirlərin keçrilməməsi,
müəllimlərin şagirdlərlə bu mövzu ətrafında söhbətlərin aparılmaması, yuxarı sinif
şagirdləri arasında VMH yarışlarının çox az keçirilməsi. Bu boşluqların
doldurulmasında təlim-tərbiyə ilə məşğul olan bütün qurumlarda, o cümlədən orta
ümumtəhsil məktəblərində fiziki tərbiyə müəllimlər lazımi işlər görməlidir. Bu
istiqamətdə geniş elmi tədqiqat işlərinin aparılmasına böyük ehtiyac vardır.
Tədqiqatın obyekti. Ümumtəhsil məktəblərinin fiziki tərbiyə dərslərində və
dərsdənkənar tədbirlərdə yuxarı sinif şagirdlərində vətənpərvərlik hissinin
formalaşdırılması prosesidir.
Tədqiqatın predmenti. Fiziki tərbiyə dərsləri və dərsdənkənar tədbirlər vasitəsi
ilə yuxarı sinif şagirdlərində vətənpərvərlik hissinin formalaşdırılmasıdır. |
en_US |