Abstract:
Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş "Şahmat" dərsliyi ixtisaslı kadrların hazırlanması prosesinə kömək məqsədilə yazılmışdır. Dərsliyin ikinci hissədə şahmat oyunun 3 mühüm hissəsi - debüt, mittelşpil və endşpil haqqında məlumatlar, debütlərin qısa təsnifatı, müxtəlif başlanğıclara aid tanınmış şahmatçıların nümunəvi görüşləri, strateji və taktiki elementlər, sonluqda oyun qaydaları, şahmat yarış sistemləri haqqında bilgilər verilmişdir. Dərsliyin sonunda tələbələrin müstəqil həll etmələri üçün 400 şahmat tapşırığı - bir gedişli məsələlər və taktiki elementlərə aid kombinasiyalar (həlləri də göstərilmişdir) verilmişdir.