Abstract:
Bu dərslik Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tədris olunan bakalavr pilləsinin "Şahmat" ümumi kurs proqramı əsasında hazırlanmışdır. Dərslik iki hissədən ibarətdir. Birinci hissədə şahmat oyununun yaranması və inkişaf tarixi haqqında, dövlətimizin şahmatın inkişafında rolu, Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FİDE), dünya çempionlarının həyat və yaradıcılığı, Azərbaycanın qabaqcıl şahmatçılarının həyat və yaradıcılığı, şahmat oyunu haqqında əsas anlayışlar, fiqurların gedişləri, şahmat notasiyası, şahmat terminləri haqqında ətraflı məlumat verilmişdir.