Abstract:
Apardığımız işin əsas məqsədi müxtəlif intensivlikli fiziki yüklənmələrin təsiri zamanı lipid peroksidləşmə (LPO) məhsullarının səviyyəsinin öyrənilməsi olmuşdur. Bunun üçün eksperimental olaraq siçovullarda fiziki iş zamanı yorulma xüsusi hovuzda məcburi üzmək üsulu ilə yaradılmışdır və heyvanların qanında lipid peroksidləşməsinin (LPO) məhsulları – hidroperekislər (HP) və malondialdehidin (MDA) təyin olunmuşdur.
Aparılmış tədqiqatların nəticələri göstərir ki, fiziki fəaliyyətin intensivliyinin artması sərbəst radikalların oksidləşmə proseslərinin intensivləşməsinə səbəb olur. Belə ki, fiziki iş nəticəsində yorulmanın yaranmasının təkanve-rici mexanizminin aşkarlanması yorulma zamanı metabolik dəyişikliklərin qiymətləndirilməsi və korreksiyası üsullarının işlənib hazırlanmasına şərait yarada bilər.