Abstract:
Məqalədə yeniyetmə boksçuların ürək-damar sisteminin göstəricilərinə məşq prosesinin təsirini əks etdirən nəticələr əksini tapmışdır. Tədqiqatlarda əsas məqsəd 12-14 yaşlı yeniyetmə boksçuların məşqi prosesinin ürək-damar sisteminin həm perferik, həm də mərkəzi hissəsində baş verən adaptasiya dəyişiliklərin öyrənilməsi olmuşdur. Alınan nəticələrin analizi zamanı məlum olmuşdur ki, boksla məşğul olan yeniyetmələrdə qüvvənin və dözümlüyün inkişaf səviyyəsi çox aşağıdır, lakin, onlar intensiv və uzunmüddətli məşq yüklərini icra etmək qabiliyyətinə malikdirlər, bu da onların orqanizminin yaxşı funksional səviyyədə olduğunu əks etdirir.
Alınan nəticələrin müqaisəli analizi göstərdi ki, nəfəsalma zamanı döş qəfəsinin en dairəsinin ölçüsü eksprimentdən əvvəl 89.2 sm, eksperimentdən sonra isə 89.3 sm (p > 0.05) malik olmuşdur. Pauza dövründə məşqlərdən əvvəl 84.7 sm, məşqlərdən sonra isə 85.1 sm (p > 0.05) təşkil etmişdir. Ürək vurğularının sayı sakitlik vaxtı və məşqdən sonra əhəmiyyətli dərəcədə dəyişilməmiş, məşqin əvvəli 83.3 v/dəq, məşqdən sonra isə 81.7 v/dəq (p > 0.05) olmuşdur. ÜVS eksperimentin əvvəlində 104 v/dəq, sonunda isə 90 v/dəq (p < 0.01) olmuşdur. Arterial qan təziqinin (sistolik) göstəriciləri ekspermentin əvvəlində 117.9 mm.c.st. (p > 0.05), sonunda isə 117.5 mm.c.st, məşqlərdən sonra 116.0 mm.c.st. (p > 0.05) olmuşdur. Diastolik qan təzyiqi eksperimentin əvvəlində 76 mm.c.st., sonunda 75 mm.c.st. (p > 0.05) olmuş və etibarlıq müşahidə edilmişdir. Diastolik qan təziqi eksperimentin sonunda məşqlərdə 79.8 mm.c.st., məşqlərdən sonra isə 81.8 mm.c.st. (p>0.05) olmuşdur