Abstract:
Məqalədə gənc karateçilərin illik məşq dövrünün hazırlıq mərhələsində fizioloji xüsusiyyətlərinin tədqiqi ilə əlaqədar məsələlər əsas məqsəd olmuşdur. Problemlə bağlı mövcud elmi-metodoloji təcrübənin və alınan nəticələrin təhlili əsasında karateçilərin fiziki hazırlığının sistemi öyrənilmişdir. Elmi-təcrübi nəticələrin təhlili nəticəsində gənc karateçilərdə aparılan hazırlıq məşqlərin məzmunu və texnologiyası əsaslandırılması aparılmış, bu prosesin tənzimlənməsinin metodları müəy-yənləşdirilmiş, təcrübi əhəmiyyətə malik elmipraktik nəticələr əldə olunmuşdur.
Müəyyən olunmuşdur ki, ümumi fiziki hazırlığın və xüsusi fiziki hazırlığın optimal nisbəti illik məşqin hazırlıq mərhələsində olur. Ümumi fiziki hazırlığın əsasına karate ilə məşğul olan gənclərdə əsas fizioloji göstəricilərin və koordinasiyaedici keyfiyyətlərin inkişafı, ümumi inkişaf etdirici hərəki tapşırıqlar, məşq yüklərinin həm ümumi və həm də hissə-hissə reqlamentləşdirilməsini həyata keçirməyə imkan verən metodlar və ümumi təşkilati isə kö-mək edən metodoloji göstəricilər daxildir. Gənc karateçilər üçün ümumi fiziki hazırlığın məzmununun effektivliyini, həmçinin də alınmış təcrübi-eksperimental tədqiqatın nəticələri də təsdiq edir və özünü onlarda fiziki və koordinasiyaedici hazırlığın səviyyəsinin artmasında biruzə verir. Hər iki qrupdan alınan nəticələrin təhlili əsasında o da məlum olmuşdur ki, müayinə olunanlarda etibarlı dəyişikliklər eksperimental qrupda nəzərə çarpmışdır.