Abstract:
Məqalədə Amerika Birləşmiş Ştatlarında yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik tərbiysinin xüsusiyyətləri, məqsədləri və əhəmiyyəti barədə danışılır, eləcə də orta ümumtəhsil məktəblərində bu fəaliyyətin təşkilinin və həyata keçirilməsinin təhlili aparılır. Hərbi-vətənpərvərlik tərbiysi, yeniyetmə və gənclərin həyatının və onlar arasındakı münasibətlərin, gənc nəslin ümumi tərbiyə prosesinin əsas tərkib hissəsi kimi obyektiv və sosial fəaliyyətinin dərk edilməsinə yönəlmiş fəaliyyətidir. Hərbi-vətənpərvərlik tərbiysi prosesində ordu həyatı, hərbi qulluqçuların ictimai münasibətləri, hərbi vəzifə və fəaliyyətləri geniş formada əks olunur.