Abstract:
Məqalədə bəzi idman oyunları ilə məşğul olan idmançıların antropometrik, funksional və biokimyəvi göstəricilərinin təhlili verilmişdir. Aparılan tədqiqatların təhlillərindən belə nəticəyə gəlmək olar ki, bas-ketbolçularda və voleybolçularda boy hündürlüyü xüsusilə əhəmiyyət kəsb edir. Futbolçularda isə bu o qədərdə nəzərə alınmır. Ümumiyyətlə, eyni zamanda idman oyunlarında texniki və taktiki bacarıqların əhəmiyyətinə diqqət yetirilməlidir