Abstract:
Arxaya atmalar Yunan-Roma güləşində ən mürəkkəb fəndlərdən biridir və güləşçinin texniki arsenalında aparıcı rol oynayır. Bu fəndlər müxtəlif tutmalarla icra olunur və çoxlu variantlara malikdir. Fəndin icrası zamanı yıxılmanın mürəkkəbliyi onların təlimi zamanı diqqətin böyüklüyünü tələb edir. Müasir dövrdə məşqçilər bu fəndlərin icrasının və təlimin metodikasının müxtəlif variantlarını tövsiyyə edirlər. Bu məqalədə fəndlərin icrasının bəzi variantları və öyrədilmə metodikası nəzərdən keçirilir.