Abstract:
Məqalədə müəlliflər tərəfindən 1-4 siniflər üçün bədən tərbiyəsi üzrə “mini-həndbol”un variativ modulunun proqram materiallarına yiyələnmək üçün innovativ yanaşma işlənib hazırlanmış və təqdim olunmuşdur. Mini-həndbolda texnika və taktikaların öyrədilməsi üçün təqdim olunan ümumi tövsiyələr oyunun texniki üsullarının müstəqil öyrənilməsi, habelə üç illik təlim prosesinin strukturu ilə bağlı müəlliflərin tövsiyələri ilə tamamlanır. Məqalədə mini-həndbol üzrə məşğələlərin təşkili və keçirilməsinə aid təqdim edilmiş tövsiyələr bədən tərbiyəsi müəllimləri üçün olduğu kimi, idman oyunları üzrə məşğələlərə hazırlıq zamanı və ümumtəhsil məktəblərində pedaqoji təcrübə müddətində bədən tərbiyəsi universitetlərinin tələbələri üçün də faydalı ola bilər..