Abstract:
Voleybolla məşğul olmağa başlayan yeniyetmələrlə aparılan işlər məqsədyönlü və prespektiv xarakter daşımalıdır. Yüksək idman ustalığına nail olmaq məsələləri aşağı yaşlı uşaqlardan ibarət bədən tərbiyəsi kollektivlərində həll olunması daha məqsədəuyğundur.
Voleybol məşğələlərinin il boyu sistematik və müntəzəm qaydada keçirilməsi son dərəcə vacibdir. Əks halda yüksək idman nəticələrinə nail olmaq mümkün ola bilməz. Bir qayda olaraq idman məşğələlərində müntəzəm qaydada iştirak etməyən uşaqlar texniki və taktiki cəhətdən yaxşı formalaşa bilmirlər. Belə olan halda onların texniki və taktiki hazırlığı natamam, texnikası isə qeyri-dəqiq olur.