Abstract:
Məqalədə futbol oyun növündə hakimlik fəaliyyəti, gənc hakimlərin hazırlanması məsələsinin aktuallığı qeyd olunmuşdur. Eyni zamada ölkəmizdə yaşı bir əsrdən çox olan futbol ənənələri və müasir dövrün tələbləri əsasında hakim hazırlığının professional bir sahəyə çevrilməsinn zəruriliyi vurğulanmışdır. Tədqiqatda uzunmüddəli, müntəzəm təşkil olunan oyunlar, oyundakı çətin si-tuasiyalarda düzgün qərar vermənin məsuliyyəti, izdiham, səs-küy, media və digər kütləvi informasiya vasitələrində verilən şərhlər və s. əsasında hakim fəaliyyətində səmərəliliyin azalmasına təsir edən istiqamətlər araşdırılmış, fiziki, idraki və psixoloji baxımdan yanaşmalar verilmişdir.