Abstract:
Son dövrlərdə terminologiya sahəsində çoxsaylı tədqiqat işləri görülür və fərqli ölkələrin dillərində mövcud olan terminlər bu tədqiqatlarda xüsusi yer tutur. Bu məgalə Böyük Britaniya mətbəxində istifadə olunan kulinariya terminləri haqqında olacaq. Məgalə ingilis dilindəki kulinariya terminlərini başqa dillərlə əlaqələndirərək kulinariya haqqında daha ətraflı məlumat verilib. Hər bir xalqın öz mədəniyyəti, dünya görüşü, düşüncə tərzi, dili, fərqli ünsiyyət forması olduğu kimi, fərqli mətbəxi də var və bu mətbəxlərdə istifadə olunan terminlər, hazırlanmış yeməklər həmin xalqların mədəniyyətindən, onların yaşayış tər-zindən və ağız dadından xəbər verir. Hər bir elmi sahənin inkişafı onun terminologiya sisteminin necə unifikasiya olunması və standartlaşdırılmasından asılıdır. Terminologiyanın təkmilləşdirilməsi zamanı cari sahənin anlayışlar sistemi nəzərdən keçirilir, onların izahı verilir və bəhs olunan anlayışlar müəyyən əlamətlərinə əsasən sistemli şəkildə qruplaşdırılır. Bu prosesə təkcə elmi sahədə istifadə olunan terminlər deyil, həmçinin müxtəlif xalqların məişət həyatında da tez-tez rast gəlinən bir çox an-layışlar daxildir. Bu anlayışların böyük bir hissəsini gündəlik həyatda istifadə olunan və ya olunmayan kulinariya terminləri təşkil edir. Məsələn, bəzən başqaları tərəfindən mətbəxə aid elə bir ifadə və ya anlayış işlənir ki, onların mənasını bir çoxları bilmir. Bu halda deyilmiş terminə izah vermək və onu təsnif etmək ən vacib məsələlərdən birinə çevrilir. Beləliklə, təsnifat zamanı bu anlaşılmazlığın bir neçə səbəbi ortaya çıxır. Bu səbəblərdən bəziləri deyilmiş sözün ya alınma, ya dialekt, ya neologizm ya da köhnəlmiş söz olmasıdır.