Abstract:
Ümummilli lider Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” ifadəsi ilə başlamaq istəyir və hər birimizi uzun sürən həsrətdən sonra doğma torpaqlarımıza qovuşmağımız münasibəti ilə təbrik edir və hərbiçilərimizə can saglığı, cəmi şəhidlərimizə Allahdan rəhmət diləyirik. Azərbaycanda ekskursiya dedikdə ilk agla gələn bölgə əlbəttə ki, Qarabağ ərazisidir və əsasən də Şuşa şəhəridir. Bu şəhər haqlı olaraq Azərbaycanın incisi hesab olunur. Şəhər bütöv bir xalqın ruhunun təcəssümünü əks etdirir. Bir vaxtlar Qarabağın mədəniyyət mərkəzi olan Şuşa, uzun sürən münaqişələrə baxmayaraq, əvvəlki şöhrətinin çalarlarını hələ də qoruyub saxlamaqdadır. Bu gunkü gündə əlbətdəki uzun sürən ayrılıqdan sonra yerli əhalinin oz yurdlarında məskunlaşmasına nail olmaq, turizm baxımından isə diyarımızı dünya şöhrətli turizm mərkəzinə cevirməkdir. Və bu məqalədə əsas məqsəd Şuşaya ekskursiya marşurutunun təşkili üçün lazım olan görməli yerlərin, obyektlərin təqdimatıdır.