Abstract:
Azərbaycan Taekvondo Federasiyası 1992-ci ildə yaradılmışdır. Hələ o vaxtdan başlayaraq, Azərbaycan taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak etmişlər. İdman uğurları ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilmişdir. Bir çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə edilmişdir. Taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hal-hazırda 1000 nəfərdən artıq adam bu idman növü ilə məşğul olur.