Abstract:
İdmanın təkmübarizlik növlərinin inkişaf strategiyası idmanın kütləviliyi və sistemli inkişafını özündə birləşdirən kompleks tədbirləri əhatə edir. Strategiya idmanın sistemli inkişafının məqsəd və vəzifələri, perspektiv mərhələləri, prioritet istiqamətlərini müəyyənləşdirir və bu yönümlü proqram, kompleks tədbirlərin işlənilməsi üçün əsasdır. Son illər idmanın təkmübarizlik növlərinin inkişafında müşahidə edilən problemlər yeni yanaşmalar və müasir innovativ metodların kompleks tətbiqini tələb edir.