Abstract:
Təqdim olunan məqalə müxtəlif intensivli fiziki yüklənmələrin təsiri zamanı sərbəst radikallı oksidləşmə proses-lərinin intensivliyinə, süd turşusunun, sidik cövhərinin səviyyələri, qlükozanın qatılığının eksperimental tədqiqinə həsr olmuşdur.
Aparılmış tədqiqatlardan məlum olmuşdu ki, eksperimental siçovullarda ifrat fiziki yüklənmə zamanı yorulmanın inkişafının təkanverici mexanizmi orqanizmin kifayət qədər enerji təchizatın olmamasıdır. Bu proses öz növbəsində anaerob qlikoliz reaksiyalarının güclənməsinə səbəb olur və nəticədə lipid peroksidləşməsinin artması ilə əlaqəli olan purin mononukleotidlərinin sidik turşusuna katabolizmin artımı ilə müşahidə olunan hi-perlaktatemiya və karbohidrat çatışmazlığının inkişafına gətirib çıxarır.