Abstract:
İdman yarışları uşaqların həyatında böyük bir hadisədir, oyunlarda iştirak etməyin müəyyən xüsusiyyətləri var. Uşaqlar müvəffəqiyyət qazanmağı çox həssaslıqla qəbul edir, həddən çox sevinir və uğursuzluğu ürəklərinə salır, uduzmaqlarına təəsüflənirlər. Ona görə də uşaqları yarışlara tədricən hazırlaşdırmaq lazımdır. Beləki, 9-11 yaşlı uşaqlarla əvvəlcə mütəhhərik oyunlar, estafetlər, fiziki hazırlıq və həndbolun texnikası üzrə yarışlar keçirilir. Onlar mübarizəni son ana qədər aparmağı həm də oyunun şərəflə, öz məğlubiyyətini düzgün qiymətləndirməyi bacarmaq və qalib gələnə hörmət etmək ruhunda tərbiyə aşılamaq lazımdır. Məqalədə uşaqlarla həndbola hazırlıq yarışları keçirməyin məqsədi, kollektivdaxili mübarizə, sonra isə başqa komandalarla mübarizə aparmanın xüsusiyyətləri açıqlanmışdır.